Şuşa teatrında “Dağılan tifaq” tamaşasının premyerası

 

Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Əbdürrəhim bəy Haqvårdiyåvə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” faciəsinin Şuşa Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulması barədə xəbər vermişdik. İyunun 9-da tamaşasının premyerası olub.

Əsərə quruluş həllini teatrın direktoru Əməkdar artist Yadigar Muradov verib. Tamaşanın quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.

Teatrsevərlərə iki heyətdə təqdim olunacaq tamaşada rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Nazir Rüstəmov, Teymur Məmmədov, Azad Məmmədov,  aktyorlar Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Rasəf Mehdiyev, Gündüz Qasımov, Emin Sevdiməliyev, Aybəniz Cahangirova, Mətanət Eres və başqaları oynayırlar.

 

Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.5.