“Sənsiz” tamaşası
Qazaxıstanda nümayiş olunub
Xəbər verdiyimiz kimi, 3–9 iyun tarixlərində
Qazaxıstanın Almatı şəhərində postsovet
ölkələrinin 5-ci Gənclər Teatr Forumu
keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan
Teatr Xadimləri İttifaqının təşəbbüsü
ilə beynəlxalq tədbirə ölkəmizin nümayəndə
heyəti də qatılıb.
İyunun 7-də forum
çərçivəsində Akademik Milli Dram
Teatrının “Sənsiz” tamaşası nümayiş olunub.
K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrının
səhnəsində göstərilən tamaşa
alqışlarla qarşılanıb.
Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz”
pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin
quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı
Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq
üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri
Xanım Həsənova və Könül Kərimovadır.
Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar
artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova
(Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov
(gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc)
canlandırıblar.
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.5.