Xalq artisti
Əbdül Mahmudovun 80 illiyi ilə bağlı tədbir
Nizami Kino Mərkəzində kinorejissor, ssenarist və
aktyor, Xalq artisti Əbdül Mahmudovun 80 illik yubileyi ilə
bağlı tədbir təşkil olunub.
Əvvəlcə aktyorun rol aldığı “Yeddi
oğul istərəm” filmindən kadrlar nümayiş olunub.
Tədbirin təşkilatçısı, “Dünya Azərbaycanlılarının
Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri
Tofiq Əlizadə yubilyarı təbrik edib.
Qeyd olunub ki, ömrünün 60 ildən çoxunu Azərbaycan
kinosuna həsr etmiş Əbdül Mahmudov 1966-cı ildən
“Azərbaycanfilm”də aktyor kimi çalışıb. Bir
müddət kinostudiyanın nəzdindəki kinoaktyor
teatrının bədii rəhbəri olub. 25 filmə çəkilib,
10-dan çox filmdə rejissor kimi çalışıb.
Xalq artistləri Rafiq Əzimov, Xalidə Quliyeva, Əməkdar
artist Suğra Bağırzadə Əbdül Mahmudovla birgə
çəkildikləri filmlərdən və çəkiliş
meydançalarında olan maraqlı hadisələrdən
danışıblar, yubilyara xoş arzularını
çatdırıblar.
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.5.