“Mədəniyyətə
könül ver”ib “Yaşıl dünya”nı çəkənlər
Xətai Sənət Mərkəzində Mədəniyyət
Nazirliyinin dəstəyi, “Mədəniyyət
Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı
ilə “Mədəniyyətə könül ver” layihəsi
çərçivəsində “Yaşıl dünya”
adlı rəsm sərgisi təşkil edilib.
İyunun 6-da açılışı olan sərgi
haqqında ictimai birliyin sədri sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli məlumat
verdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına
əsasən, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik
ili” elan edilməsi ilə əlaqədar ictimai birliyin həyata
keçirdiyi silsilə tədbirlərdən biri də təqdim
edilən sərgidir.
Əməkdar incəsənət xadimi, professor
Kübra Əliyeva, Xətai Sənət Mərkəzinin
direktoru Zahid Əvəzov sərginin əhəmiyyətindən
söz açdılar və təqdim olunan əsərlərlə
bağlı fikirlərini bölüşdülər.
Vurğulandı ki, ətraf mühitə qayğı,
yaşıllıqların artırılması, su
ehtiyatlarından səmərəli istifadə və s.
mövzulara gənc nəsil də öz töhfəsini verməlidir.
Çıxışlardan sonra əsərləri sərgilənən
iştirakçılara diplomlar təqdim edildi və qonaqlar sərgi
ilə yaxından tanış oldular.
Qeyd edək ki, “Mədəniyyətə könül
ver” layihəsinin məqsədi mənəvi irsimizi gələcək
nəsillərə çatdırmaq üçün
keçirilən tədbirlərə dəstək olmaqla
yanaşı, mədəniyyətimizin inkişafı və təbliği
istiqamətində ictimai fəaliyyətdən ibarətdir.
Layihə çərçivəsində müxtəlif
görüşlər, təlimlər, yaradıcı gənclərə
dəstək məqsədilə konsertlər və sərgilər
təşkil olunur.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.7.