Sənətçinin dərdi
tamaşaya çevriləndə
Ağdam Dövlət Dram Teatrında hazırlanan
“Trombonçu” tamaşası iyunun 5-də
tamaşaçılarla görüşüb.
Janrı birhissəli sosial komediya kimi müəyyənləşdirilən
tamaşa italyan aktyor və dramaturq Peppino de Filipponun “Don
Rafaello-trombonçu” əsəri əsasında Racu
Şıxlının quruluşunda hazırlanıb.
Tamaşanın quruluşçu rəssamları
Qönçə Həzizadə, Müşfiq Qarayev, musiqi tərtibatçısı
ADMİU-nun müəllimi, AMEA-nın doktorantı, bəstəkar
Aysel Əzizova, rejissor assistenti
Anar Əhməddir. Rolları Elşən Cavadov, Afərdə
Sabirqızı, eləcə də Hakim Cəfər, Camal
Zamanov, Rüstəm Məmmədov, Zərifə Ağayeva və
Anar Əhməd ifa edirlər.
Əsərin qəhrəmanı trombonçu Don
Rafaello musiqi alətləri mağazasını işlədir.
Evdə isə yeməyə heç nəyi yoxdur... Tamaşa
məişət qayğıları ilə yüklənmiş
musiqiçinin həyat dramını təqdim edir.
Onu da qeyd edək ki, tamaşa ADMİU-nun məzunu Racu
Şıxlının (Gözəlov) diplom işidir və
yaxın günlərdə paytaxtda, Azərbaycan Teatr Xadimləri
İttifaqının səhnəsində də nümayiş
olunacaq.
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.5.