Tələbələr
Qəbələ qoruğunda istehsalat təcrübəsində
Bakı Dövlət Universiteti Tarix fakültəsinin
tələbələri Qəbələ Dövlət Tarix-Bədii
Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində
istehsalat təcrübəsində olublar. Təcrübədə
fakültənin 180-dək buraxılış kurs tələbəsi
iştirak edib.
Qoruqdan bildirilib ki, istehsalat təcrübəsi zamanı
tələbələr əvvəlcə Qəbələ
Arxeoloji Mərkəzinin sərgi salonlarında nümayiş
olunan eksponatlarla tanış olublar. Onlara mərkəzin
yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının
gördüyü işlər barədə məlumat verilib.
Sonra tələbələr qoruq ərazisində
arxeoloji qazıntılar aparılan sahələrlə
tanış olublar. Arxeoloji qazıntılar və arxeoloqlar tərəfindən
aşkar olunan tarixi tapıntılar barədə məlumat
verilib, tələbələri maraqlandıran suallar
cavablandırılıb.
Mədəniyyət.- 2024.- 14 iyun,№44.- S.4.