Salyanda “Hərənin öz ulduzu”
Salyan Dövlət Kukla Teatrında “Hərənin
öz ulduzu” adlı tamaşa nümayiş olunub.
Yazıçı-dramaturq İsi Məlikzadənin əsəri
əsasında hazırlanan tamaşada mədəniyyət evinə
göndərilən yeni direktorun başına gələn əhvalatlar
satira dili ilə çatdırılır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
mədəniyyət işçisi Laləzər Hüseynova,
rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı
Elvin İsayevdir. Rolları Nahid Rüstəmbəyli, Röyal
Qurbanov, Mirxədicə Mirzəyeva, Mədinə Ramazanova, Maytab
Gözəlova və başqaları canlandırıb.
Tamaşadan sonra Şirvan-Salyan RMİ-nin rəisi
Şahin Şahbazov yaradıcı heyətlə
görüşüb, onlara uğurlar diləyib.
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.4.