“Könül
mülkünün sultanı”
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin və nazirliyin tabeliyindəki Mədəniyyət
üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı
ilə iyunun 11-də Naxçıvan Dövlət Milli Dram
Taatrında dahi Azərbaycan şairi və mütəfəkkiri
Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə
“Könül mülkünün sultanı” adlı tədbir
keçirilib.
Mərkəzin direktoru Səyyar Məmmədovun
moderatorluğu ilə keçirilən ədəbi-bədii
gecədə Naxçıvan Dövlət Universitetinin Azərbaycan
dili və ədəbiyyatı kafedrasının professoru,
filologiya elmləri doktoru Sədaqət Həsənova,
kafedranın dosenti, filologiya üzrə fəlsəfə
doktoru Seyfəddin Eyvazov və başqaları
çıxış ediblər.
Çıxışlarda dahi şair Məhəmməd
Füzulinin poeziyasından geniş bəhs edilib. Prezident
İlham Əliyevin “Məhəmməd Füzulinin 530 illiyinin
qeyd edilməsi haqqında” imzaladığı müvafiq sərəncamını
söz sənətimizə və mədəniyyətimizə
göstərilən diqqətin təcəssümü kimi dəyərləndirən
alimlər şairin yaradıcılığından olan
nümunələri ədəbiyyatşünaslıq və
dilçilik baxımından təhlil ediblər.
Tədbir bədii hissə ilə başa
çatıb.
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.4.