Bülbül müsabiqəsi – qalibləri tanıyaq
İncəsənətlə idmanı birləşdirən
bəlkə də yeganə oxşarlıq yarışdır.
Əslində, bu müqayisə də bir qədər yersizdir.
Çünki sənət, xüsusən də səs
yarışmasına qoşulan hər kəsin qələbəsi
təkcə fiziki və mənəvi hazırlıqdan deyil, həm
də hər hansı səbəbdən ifaçının
iradəsinə tabe olmayacaq əlahəzrət SƏSin öz
sahibinin planlarını pozmaq şıltaqlığından
asılıdır. Onda “həmin gün sənin günün
deyilmiş” sayaq ifadələrlə özünü və səndən
qələbə gözləyənləri sakitləşdirməkdən
başqa çarə yoxdur.
Yenicə başa çatmış
Vokalçıların Bülbül adına IX Beynəlxalq
Müsabiqəsinin qalibləri bu yarışma zamanı səslərindən
xəyanət görməyənlərdir. Şuşadakı
qala-konsertdən öncə fürsət tapıb onların
bir neçəsi ilə söhbət etdik.
Sevimli Arlanın anası Leyla
Biz Şuşaya gedəndə avtobusda maraqlı
sürprizlə rastlaşdıq. Gənc bir xanımın
qucağında balaca, toppuş oğlan var idi.
Gördüyü hər şeyi, hər kəsi maraqla seyr
edir, tanımadığı adamların ona ünvanlanan nəvazişinə
ciddi baxır, onu dindirənlərə xəsisliklə
gülümsəyirdı. Tanış oluruq: 1 yaş 2
aylıq igidin adı Arlandır, Qazaxıstandan olan
iştirakçılar Sultan Bakıtjan və II
mükafatın sahibi Leyla Alamanovanın oğludur. Leyla hələ
də sərbəst yeriməyən və danışmayan
övladı qucağında müsabiqəyə
qatılıb və II mükafatı qazanıb:
– Hazırda Astana Beynəlxalq Opera Akademiyasında təhsilimi
bitirmək üzrəyəm. Bundan əvvəl dörd il
İtaliyada yaşamışıq. Əvvəlcə Pezaro
şəhərindəki Rossini Konservatoriyasında magistr təhsili
almışıq, sonra da Ozimo şəhərində vokal
akademiyasında oxumuşuq. Çox böyük pedaqoqlardan dərs
almışıq. Arlan Ozimoda dünyaya gələndən bir
neçə ay sonra Qazaxıstana qayıtdıq. Astana Beynəlxalq
Opera Akademiyasına daxil olduq. Həyat yoldaşım artıq
Astana Opera və Balet Teatrının solistidir. Ümid edirəm
ki, mən də tezliklə teatrda solist olaraq
çalışmağa başlayacağam.
– Siz İtaliyada tanış olmusunuz?
– Astanada universitetdə oxuyanda tanış olmuşuq.
Təhsilimizi bitirən kimi evləndik və İtaliyaya getdik.
İndi birlikdə tamaşalarda, konsertlərdə
çıxış edirik.
– Arlan da sizi hər yerdə müşayiət edir.
Bakıdan Şuşaya və geriyə təxminən yeddi
saatlıq yoldur. Göz dəyməsin, Arlan özünü
çox yaxşı, təmkinlə apardı…
– Oğlum biraylıq olanda mən artıq səhnədə
idim. O bizimlə az qala bütün Qazaxıstanı gəzib,
hətta İtaliyaya da gedib. Düzdür, valideynlərimiz bizə
çox kömək edirlər. Bu dəfə də atam bizimlə
Bakıya gəlmişdi. Müsabiqə başa çatanadək
Arlanla daha çox o, vaxt keçirdi ki, mənim fikrim
yarışmadan yayınmasın. Valideynin yanında rahat
olursan, bilirsən ki, qayğını çəkən var.
– Müsabiqə sizin üçün necə
keçdi?
– Müsabiqə çox yaxşı təşkil
olunmuşdu. Çox güclü səslər
yığışmışdı Bakıya. Düzdür, bu
dəfə Sultanın bəxti gətirmədi, ikinci tura
keçə bilmədi. Azərbaycan o qədər xoşumuza
gəldi ki, özümüzü doğma məkanda hiss etdik.
Elə bil ki, ölkənizdə dəfələrlə
olmuşuq. İnsanlar çox qonaqpərvər, Bakı,
Şuşa çox gözəldir. Ümid edirik ki, tezliklə
yenə yolumuz Bakıya düşəcək.
Kler xanım üçün kompliment
Qran-pri mükafatçısı, kanadalı Kler Kulen
(soprano) müsabiqə boyu təkcə səsi, mükəmməl
ifa tərzi ilə seçilmədi. Yaşıl gözləri
nefrit kimi bərq vuran bu qıvrımsaçlı
yaraşıqlı qız həm də sakit təbiəti ilə
yadda qaldı. Bəlkə də fikirləşərsiniz ki,
ünsiyyət məhdudiyyəti var idi, ona görə. Amma
yox. Finalçıların, demək olar ki, hamısı
ingiliscə, italyanca sərbəst danışırdı. III
yeri qazanmış Yuliya Sitnikova isə sanki Klerin tərcüməçisi
idi. Elə Klerdən müsahibəni də Yuliyanın köməyi
ilə aldıq.
– Kler, əvvələn, sizi bu qələbə
münasibətilə təbrik edirəm.
– Çox sağ olun.
– Üstəlik, siz indiyədək Bülbül
adına müsabiqədə ən uzaqdan gələn ilk
iştirakçısınız. Müsabiqə barədə
haradan və necə məlumat aldınız?– Anam Yusif Eyvazovun
pərəstişkarıdır. Onun sosial şəbəkə
hesablarını izləyir. Yusif Eyvazov müsabiqə barədə
öz hesabında yazmışdı; anam da mənə təklif
etdi ki, özünü sına. Müsabiqə barədə məlumat
toplayandan sonra qərara gəldim ki, özümü
sınayım.
– Təxminən hansı mükafatı
qazanmağı düşünürdünüz?
– Əslində, fikirləşdim ki, yaxşı
hazırlaşım, nə olacaqsa, o da olacaq. Qran-priyə gəlincə,
bu, mənim üçün çox yaxşı sürpriz
oldu.
– İndiyədək müsabiqədə iştirak
etmişdiniz?
- Bəli, bir neçə müsabiqəyə
qatılmışam, mükafat da qazanmışam. Amma
Bülbül müsabiqəsindəki Qran-pri mənim ən
böyük qələbəmdir.
– Harada təhsil almısınız, hansı teatrda
çalışırsınız?
– ABŞ-də Manhetten Musiqi Məktəbində
(adı məktəb olsa da, dünyanın ən güclü
konservatoriyalarından sayılır - müəl.) təhsil
almışam. Neçə ildir ki, Milanda yaşayıram.
Avropanın bir neçə opera teatrı ilə müqaviləm
var. Amma son zamanlar Şanxay Böyük Teatrında daha tez-tez
çıxış edirəm.
– Bakı, Azərbaycan barədə təəssüratınızı
bilmək istərdim?
– Təəssüf ki, Yusif Eyvazovla şəxsən
söhbət etmək imkanım olmadı (gülür).
Müsabiqə günlərində Bakını gəzməyi
çatdırmadım, sadəcə, yeməklərinizdən
böyük zövq aldım. Amma Şuşanın təbii
gözəlliklərini görəndən sonra bir neçə
gün də Bakıda qalıb istədiyim qədər şəhəri
gəzəyəcəm.
– Kler, indiyədək sizə deyiblər ki, gözlərinizdən
və baxışınızdan Vivyen Liyə (görkəmli
İngiltərə və ABŞ kino və teatr aktrisası) bənzəyirsiniz?
– Oooo... İndiyədək belə gözəl
kompliment heç eşitməmişdim…
***
“Bakıda son tikəni, axırıncı qəpiyi də
sənə verərlər…”
III mükafatı qazanmış Yuliya Sitnikova da həvəslə
suallarıma cavab verir:
– İlk dəfədir ki, sənət
yarışında laureat adı qazanıram. Müsabiqələrdə
iştirak adamdan xüsusi emosional ovqat tələb edir. Mən
açılışda Yusif Eyvazovun iştirakçılara
psixoloji dəstəyini hiss edəndə ürəkləndim.
Çünki məndən ötrü bütöv
tamaşanı oxumaq, həmin operadan ariyanı ayrıca
oxumaqdan daha rahatdır. Bu dəfə qarşımda heç
bir dəqiq məqsəd qoymamışdım.
Öz-özümə demişdim ki, mən salona toplaşanlar
üçün oxuyacağam və musiqidən zövq
alacağam. Demə, müsabiqədə ən düzgün
iştirak üsulu elə bu imiş.
– Yuliya, harada təhsil almısınız,
ustadınız kimdir?
– Qalina Vişnevskayanın Opera
İfaçılığı Mərkəzində Maklava
Kasraşvilidən dərs almışam. Hazırda
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasında yenə onun sinfində staj keçirəm.
Nijeqorod Opera və Balet Teatrının solistiyəm. Müsabiqə
ərəfəsində “Gelikon-Opera”nın gənclər
proqramında dinləmədən uğurla keçdim.
Qarşıdakı teatr mövsümünü həvəslə
və həyəcanla gözləyirəm.
– Lap yaxşı. Nə qədər
özünüzü sakitləşdirsəniz də, hər
halda, Bakıya gəlişinizdən gözləntiniz var idi…
– Mən fikirləşmişdim ki, müsabiqə
öz yerində, həm də mövsüm ərzindəki gərginliklərdən
sonra bir qədər dincələrəm. Müsabiqəni
fikirləşə-fikirləşə Bakını gəzərəm,
ləzzətli yeməklər, ən əsası, paxlava yeyərəm.
Sizin paxlavanın bütün növlərindən ötrü
ürəyim gedir.
– Bakıda sizi ən çox təsirləndirən nə
oldu?
– Bu şəhərdə hər kəs köməyə
gəlməyə hazırdır. Bir tanışımla
görüşməliydim. Avtobus dayanacağında xəritəyə
baxıb yanımdakı qadından soruşdum ki, ora necə
gedə bilərəm? Məlum oldu ki, avtobus kartla işləyir,
mənim isə yalnız nağd pulum var. Həmin qadın mənim
avtobusumu gözlədi, məni avtobusa mindirib gediş
haqqımı da ödədi və düşdü… Mən
bilirəm ki, ödənilən pul böyük məbləğ
deyildi, amma hər halda, bu, xeyirxahlıq, qonaqpərvərlik
jesti kimi yadımda qaldı. Bakıda hərdən mənə
elə gəlirdi ki, istəsəm, adamlar son tikələrini,
axırıncı qəpiklərini mənə verərlər,
heç arxasını düşünməzlər.
“Bu, mənim ilk və son müsabiqəmdir”
Müsabiqənin diplomantı Nadejda Meyer incə
görkəminə yaraşan tərzdə nazla
danışır, danışanda da üzündən təbəssüm
əskik olmur.
– Həştərxan Opera və Balet Teatrında
işləyirəm. Həştərxandan Bakıya birbaşa
təyyarə reysi də var ki, bu şərt mənim səfərimi
xeyli asanlaşdırdı..
– Nə yaxşı…
– Həştərxanın ən iri küçələrindən
biri Heydər Əliyevin adını daşıyır. Şəhərdəki
xeyli azərbaycanlı ilə şəxsi
tanışlığım da var.
– Deməli, Bakıya gəlməmişdən öncə
müəyyən təəssüratınız
formalaşıb. Əvvəllər hansısa müsabiqədə
iştirak etmisiniz?
– Yox. Bu müsabiqə mənim ilk və son müsabiqəmdir.
– İlki başa düşdük, amma niyə son?
– Mən yarışmağı sevmirəm,
tamaşaçı üçün oxumağı sevirəm.
Fikirləşirdim ki, Bakıya gələcəyəm,
müsabiqədə iştirak edəcəyəm, özüm
kimi gənc vokalçılarla tanış olacağam,
Bakını gəzəcəyəm, milli yeməklərinizin
dadına baxacağam, vəssalam. Amma turdan tura keçə
bilməyim özüm üçün də sürpriz oldu.
Azərbaycan dilində “Ulduz” romansını oxudum. Konsertmeyster
Rebeka Maqomedova (müsabiqənin şərtinə görə,
konsertmeystersiz gələn iştirakçılara akompanianator
təyin edilir - müəl.) ilə ilk dəqiqədən elə
gözəl anlaşdıq. Üçüncü tura
keçəndən sonra anladım ki, qələbənin bir
addımlığındayam, xoşbəxtəm. Ürəyimdə
dedim ki, üçüncü turda yalnız
tamaşaçılar üçün oxuyağacam: gözəl
musiqidən həm özüm zövq alacağam, həm də
onlara bu zövqü yaşadacağam, heç münsiflər
tərəfə də baxmayacağam.
Aleksey üçün “Ulduz”
Aleksey Yurkovski N.A.Rimski-Korsakov adına Sankt-Peterburq
Konservatoriyasının məzunudur. Nijeqorod Opera və Balet
Teatrının solistidir.
– Çox şadam ki, bəxtimə
Bülbül müsabiqəsində iştirak şansı
düşdü. Mən öz konsertmeysterim Natalya Zaytseva ilə
gəlmişdim. Bayaq Nadyanın, digər
iştirakçıların müsabiqə, Bakı, azərbaycanlılar
haqqında söylədikləri xoş fikirləri dəstəkləyirəm.
Səhnəyə çıxanda heç müsabiqə həyəcanı
hiss etmədim.
– Siz “Ulduz” romansının ifasına görə
mükafat aldınız...
– Bəli, II turda
Bülbülün repertuarındakı Azərbaycan bəstəkarlarının
bir əsərini oxumalıydıq. Mən “Ulduz”
romansını seçdim. Əsər mənim çox
xoşuma gəlmişdi. Müsabiqədən sonra münsiflər
heyətinin üzvü Dinarə Əliyeva mənə dedi ki,
indiyədək müsabiqənin
heç bir əcnəbi iştirakçısı bu
romansı belə düzgün ifa etməyib.
– Qala-konsertdə necə, “Ulduz”u ifa edəcəksiniz?
– Təəssüf ki, mənim konsertmeysterim artıq
Bakını tərk edib. Amma qərara gəlmişəm ki,
“Ulduz” mənim repertuarımda qalacaq, onu konsertlərdə ifa
edəcəyəm.
***
“Sevgili canan” ürəyimdə qalmışdı…
Mariinski Teatrının Vladivostok səhnəsinin
solisti Samirə Həlimova ilə həmsöhbət olana qədər
onun soyadını Qalimova kimi yazmışdım. Bu da təbiidir.
Simasından türk olduğu bilinən vokalçının
həm tatarlar, həm də başqırdlar arasında
geniş yayılmış bu soyadın
daşıyıcısı olması təbii idi. Amma IV
mükafatın laureatı Samirə söhbətə elə məqamdan
başladı…
– Sankt-Peterburqda doğulub böyümüşəm.
Atam azərbaycanlı, anam başqırddır.
– Ay, nə gözəl! Bəs soyadınız?...
– Atam Qəbələdəndir, soyadı da Həlimov.
Sadəcə, rus dilində onu Qalimov yazaraq başqırd
soyadına oxşadıblar.
– Belədə güman edə bilərəm ki, sizin Azərbaycan
musiqisi, Bülbül haqqında məlumatınız əvvəldən
olub?
– Əlbəttə! Təxminən yeddi il olar ki,
müsabiqə haqqında məlumatlıyam. Atam da
Bülbül haqqında xeyli danışmışdı deyə
müsabiqəyə qatılmağa çox həvəsliydim.
Hətta iki dəfə müraciət etmişdim, amma keçə
bilməmişdim. Bu, mənim üçüncü cəhdim
idi.
– Atalar üçdən deyib…
– Hə, üçüncü cəhdim mənə
uğur gətirdi, qismət indiyə imiş. Bilirsiniz, mən
bir dəfə də Müslüm Maqomayev adına müsabiqəyə
qatılmışdım. Orada da ikinci turda Azərbaycan bəstəsi
oxumaq lazım idi. Mən də “Sevgili canan”ı öyrənmişdim.
Təəssüf ki, ikinci tura keçə bilmədim deyə,
romansı səhnədən oxumaq arzum ürəyimdə
qaldı. Bu dəfə də “Sevgili canan”ı proqrama
saldım. Qarşıma məqsəd qoymuşdum ki, ən azı,
II tura çıxıb “Sevgili canan”ı auditoriya
qarşısında oxumalıyam! Axır ki, arzuma
çatdım!...
– Teatrda işləriniz necədir?
– Üç ildir ki, Vladivostokda işləyirəm. Mən
teatra gələndə repertuarda “Yarasa” operettasının
adını görəndə, öz-özümə dedim ki,
Allah eləməsin, məni bu tamaşaya daxil etsinlər.
Çünki əsərdə danışıq, rəqs də
çoxdur, mənim də təcrübəm az, necə
bacararam? Amma qorxduğum başıma gəldi: teatra qəbul
olunan kimi məni “Yarasa”da Adel roluna təsdiq etdilər.
Tamaşa repertuarda olduğundan cəmi üç məşqdən
sonra səhnəyə çıxdım.
– Bəs indiyədək hansısa müsabiqədə
iştirak etmisiniz?
– O qədər… Sayını itirmişəm. Ötən
il Lemeşov adına müsabiqədə birinci oldum. Amma beynəlxalq
səviyyədə ilk böyük qələbəmi indi
qazanıram.
– Deməli, yarışmağı sevirsiniz?
– Müsabiqədə, ilk növbədə,
özünə, öz qorxularına qalib gəlirsən, yeni
dostlar tapırsan, hətta deyərdim ki, adamın əsəbləri
də möhkəmlənir.
– Sizə uğurlar! Qələbə
sorağınız digər müsabiqələrdən gəlsin!–
Təəssüf ki, laureat olduğun müsabiqədə təkrar
iştirak etmək olmaz. Yoxsa, yenə Bülbül müsabiqəsinə
qatılardım.
Stepan bizim kürəkən imiş
Birinci mükafatın iki sahibindən biri D.Şostakoviç
adına Samara Opera və Balet Teatrının solisti Stepan Volkov
ilə tanışlıq da sürprizsiz ötüşmədi.
– Bülbül adına müsabiqədə iştirak
etmək və qalib gəlmək mənim üçün
çox şərəflidir. Məni həvəsləndirən
həyat yoldaşım oldu. Bilirsiniz, yoldaşım azərbaycanlıdır.
Onun vətənində olmaq, ona doğma olan musiqini, mədəniyyəti
daha yaxından tanımaq arzum idi. Bu müsabiqədə qələbəmi
Azərbaycana, bir də həyat yoldaşıma həsr edirəm.
Stepan həyat yoldaşını təqdim edən
kimi, müsahibənin istiqaməti dəyişir və onlar suallarıma
ikilikdə cavab verirlər.
Yekaterina: Mən, Yekaterina Məmmədova, Stepanın həyat
yoldaşıyam. Atam Kürdəmirin Mollakənd kəndindəndir.
Ovaxtkı SSRİ-də hərbi xidmətini Rusiyada keçəndə
bir rus qızı ilə tanış olub, bir-birlərini sevib
evləniblər. Həmin nikahdan mən doğulmuşam.
Atamın qohumları ilə çox yaxşı münasibətimiz,
gediş-gəlişimiz var.
Çoxdan arzu edirdim ki, Stepan bu müsabiqəyə
qatılsın. Bu həm də mənim
daşıyıcısı olduğum mədəniyyətə
bir qədər də yaxınlaşmaq deməkdir. Müsabiqənin
ikinci turunda Stepan “Ulduz” romansını oxuyanda onun
çıxışını çəkib atama,
bütün ata qohumlarıma göndərdim. Dil mühitim
olmadığından, evdə Azərbaycan dilində
danışmadığımız üçün dili bilməsəm
də, özümü ruhən, qəlbən azərbaycanlı
hesab edirəm.
– Stepan, deyəsən, “Ulduz” romansının üzərində
çalışmaq sizə çətin olmayıb?
– Ata mənə çox kömək etdi, mətni
başa saldı, tələffüzüm üzərində
çalışdı. Maraqlıdır ki, peşəkar
musiqiçi, müğənni olmasa da, hətta hansı saiti,
hansı samiti necə tələffüz etmək lazım
olduğunu da aydın izah etdi.
– Bəs siz necə tanış olmusunuz?
Stepan: Teatrda. Beş ildir ki, ailəliyik.
Yekaterina: Mən Samara Opera və Balet Teatrında bədii
rəhbərin köməkçisiyəm. Teatr menecmenti
üzrə təhsil almışam. Orta musiqi təhsilim də
var. Əsasən prodüserlik fəaliyyəti ilə məşğul
oluram.
***
Vokalçıların Bülbül adına IX Beynəlxalq
Müsabiqəsi artıq tarixi fakta çevrildi. Ölkəmizə
yaxın-uzaq xaricdən təşrif buyurmuş, Azərbaycanı
mükafatla, yaxud əliboş tərk edən
iştirakçıların yaradıcılıq
bioqrafiyasında özünəməxsus yer tutacaq.
Ümidvarıq ki, nailiyyətindən asılı olmayaraq, hər
kəs Bülbül müsabiqəsini düşünəndə
belə bir etiraf etsin: Nə yaxşı ki, yolum Bakıdan
düşdü...
Gülcahan MirməmmədŞuşa – Bakı
P.S. Müsabiqədə iki I yerdən birini tutmuş və
“Ən yaxşı tenor” mükafatına layiq
görülmüş vokalçımız, Akademik Opera və
Balet Teatrının solisti Atəş Qarayevlə də
söhbətləşməyi unutmamışıq. Qəzetimizi
izləyin. Bülbül müsabiqəsi – qalibləri
tanıyaq
İncəsənətlə idmanı birləşdirən
bəlkə də yeganə oxşarlıq yarışdır.
Əslində, bu müqayisə də bir qədər yersizdir.
Çünki sənət, xüsusən də səs yarışmasına
qoşulan hər kəsin qələbəsi təkcə fiziki
və mənəvi hazırlıqdan deyil, həm də hər
hansı səbəbdən ifaçının iradəsinə
tabe olmayacaq əlahəzrət SƏSin öz sahibinin
planlarını pozmaq şıltaqlığından
asılıdır. Onda “həmin gün sənin günün
deyilmiş” sayaq ifadələrlə özünü və səndən
qələbə gözləyənləri sakitləşdirməkdən
başqa çarə yoxdur.
Yenicə başa çatmış
Vokalçıların Bülbül adına IX Beynəlxalq
Müsabiqəsinin qalibləri bu yarışma zamanı səslərindən
xəyanət görməyənlərdir. Şuşadakı
qala-konsertdən öncə fürsət tapıb onların
bir neçəsi ilə söhbət etdik.
Sevimli Arlanın anası Leyla
Biz Şuşaya gedəndə avtobusda maraqlı
sürprizlə rastlaşdıq. Gənc bir xanımın
qucağında balaca, toppuş oğlan var idi.
Gördüyü hər şeyi, hər kəsi maraqla seyr
edir, tanımadığı adamların ona ünvanlanan nəvazişinə
ciddi baxır, onu dindirənlərə xəsisliklə
gülümsəyirdı. Tanış oluruq: 1 yaş 2
aylıq igidin adı Arlandır, Qazaxıstandan olan
iştirakçılar Sultan Bakıtjan və II
mükafatın sahibi Leyla Alamanovanın oğludur. Leyla hələ
də sərbəst yeriməyən və danışmayan
övladı qucağında müsabiqəyə
qatılıb və II mükafatı qazanıb:
– Hazırda Astana Beynəlxalq Opera Akademiyasında təhsilimi
bitirmək üzrəyəm. Bundan əvvəl dörd il
İtaliyada yaşamışıq. Əvvəlcə Pezaro
şəhərindəki Rossini Konservatoriyasında magistr təhsili
almışıq, sonra da Ozimo şəhərində vokal
akademiyasında oxumuşuq. Çox böyük pedaqoqlardan dərs
almışıq. Arlan Ozimoda dünyaya gələndən bir
neçə ay sonra Qazaxıstana qayıtdıq. Astana Beynəlxalq
Opera Akademiyasına daxil olduq. Həyat yoldaşım artıq
Astana Opera və Balet Teatrının solistidir. Ümid edirəm
ki, mən də tezliklə teatrda solist olaraq
çalışmağa başlayacağam.
– Siz İtaliyada tanış olmusunuz?
– Astanada universitetdə oxuyanda tanış olmuşuq.
Təhsilimizi bitirən kimi evləndik və İtaliyaya getdik.
İndi birlikdə tamaşalarda, konsertlərdə
çıxış edirik.
– Arlan da sizi hər yerdə müşayiət edir.
Bakıdan Şuşaya və geriyə təxminən yeddi
saatlıq yoldur. Göz dəyməsin, Arlan özünü
çox yaxşı, təmkinlə apardı…
– Oğlum biraylıq olanda mən artıq səhnədə
idim. O bizimlə az qala bütün Qazaxıstanı gəzib,
hətta İtaliyaya da gedib. Düzdür, valideynlərimiz bizə
çox kömək edirlər. Bu dəfə də atam bizimlə
Bakıya gəlmişdi. Müsabiqə başa çatanadək
Arlanla daha çox o, vaxt keçirdi ki, mənim fikrim
yarışmadan yayınmasın. Valideynin yanında rahat
olursan, bilirsən ki, qayğını çəkən var.
– Müsabiqə sizin üçün necə
keçdi?
– Müsabiqə çox yaxşı təşkil
olunmuşdu. Çox güclü səslər
yığışmışdı Bakıya. Düzdür, bu
dəfə Sultanın bəxti gətirmədi, ikinci tura
keçə bilmədi. Azərbaycan o qədər xoşumuza
gəldi ki, özümüzü doğma məkanda hiss etdik.
Elə bil ki, ölkənizdə dəfələrlə
olmuşuq. İnsanlar çox qonaqpərvər, Bakı,
Şuşa çox gözəldir. Ümid edirik ki, tezliklə
yenə yolumuz Bakıya düşəcək.
Kler xanım üçün kompliment
Qran-pri mükafatçısı, kanadalı Kler Kulen
(soprano) müsabiqə boyu təkcə səsi, mükəmməl
ifa tərzi ilə seçilmədi. Yaşıl gözləri
nefrit kimi bərq vuran bu qıvrımsaçlı
yaraşıqlı qız həm də sakit təbiəti ilə
yadda qaldı. Bəlkə də fikirləşərsiniz ki,
ünsiyyət məhdudiyyəti var idi, ona görə. Amma
yox. Finalçıların, demək olar ki, hamısı
ingiliscə, italyanca sərbəst danışırdı. III
yeri qazanmış Yuliya Sitnikova isə sanki Klerin tərcüməçisi
idi. Elə Klerdən müsahibəni də Yuliyanın köməyi
ilə aldıq.
– Kler, əvvələn, sizi bu qələbə
münasibətilə təbrik edirəm.
– Çox sağ olun.
– Üstəlik, siz indiyədək Bülbül
adına müsabiqədə ən uzaqdan gələn ilk
iştirakçısınız. Müsabiqə barədə
haradan və necə məlumat aldınız?– Anam Yusif Eyvazovun
pərəstişkarıdır. Onun sosial şəbəkə
hesablarını izləyir. Yusif Eyvazov müsabiqə barədə
öz hesabında yazmışdı; anam da mənə təklif
etdi ki, özünü sına. Müsabiqə barədə məlumat
toplayandan sonra qərara gəldim ki, özümü
sınayım.
– Təxminən hansı mükafatı
qazanmağı düşünürdünüz?
– Əslində, fikirləşdim ki, yaxşı
hazırlaşım, nə olacaqsa, o da olacaq. Qran-priyə gəlincə,
bu, mənim üçün çox yaxşı sürpriz
oldu.
– İndiyədək müsabiqədə iştirak
etmişdiniz?
- Bəli, bir neçə müsabiqəyə
qatılmışam, mükafat da qazanmışam. Amma
Bülbül müsabiqəsindəki Qran-pri mənim ən
böyük qələbəmdir.
– Harada təhsil almısınız, hansı teatrda
çalışırsınız?
– ABŞ-də Manhetten Musiqi Məktəbində
(adı məktəb olsa da, dünyanın ən güclü
konservatoriyalarından sayılır - müəl.) təhsil
almışam. Neçə ildir ki, Milanda yaşayıram.
Avropanın bir neçə opera teatrı ilə müqaviləm
var. Amma son zamanlar Şanxay Böyük Teatrında daha tez-tez
çıxış edirəm.
– Bakı, Azərbaycan barədə təəssüratınızı
bilmək istərdim?
– Təəssüf ki, Yusif Eyvazovla şəxsən
söhbət etmək imkanım olmadı (gülür).
Müsabiqə günlərində Bakını gəzməyi
çatdırmadım, sadəcə, yeməklərinizdən
böyük zövq aldım. Amma Şuşanın təbii
gözəlliklərini görəndən sonra bir neçə
gün də Bakıda qalıb istədiyim qədər şəhəri
gəzəyəcəm.
– Kler, indiyədək sizə deyiblər ki, gözlərinizdən
və baxışınızdan Vivyen Liyə (görkəmli
İngiltərə və ABŞ kino və teatr aktrisası) bənzəyirsiniz?
– Oooo... İndiyədək belə gözəl
kompliment heç eşitməmişdim…
***
“Bakıda son tikəni, axırıncı qəpiyi də
sənə verərlər…”
III mükafatı qazanmış Yuliya Sitnikova da həvəslə
suallarıma cavab verir:
– İlk dəfədir ki, sənət
yarışında laureat adı qazanıram. Müsabiqələrdə
iştirak adamdan xüsusi emosional ovqat tələb edir. Mən
açılışda Yusif Eyvazovun iştirakçılara
psixoloji dəstəyini hiss edəndə ürəkləndim.
Çünki məndən ötrü bütöv
tamaşanı oxumaq, həmin operadan ariyanı ayrıca
oxumaqdan daha rahatdır. Bu dəfə qarşımda heç
bir dəqiq məqsəd qoymamışdım.
Öz-özümə demişdim ki, mən salona toplaşanlar
üçün oxuyacağam və musiqidən zövq
alacağam. Demə, müsabiqədə ən düzgün
iştirak üsulu elə bu imiş.
– Yuliya, harada təhsil almısınız,
ustadınız kimdir?
– Qalina Vişnevskayanın Opera
İfaçılığı Mərkəzində Maklava
Kasraşvilidən dərs almışam. Hazırda
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasında yenə onun sinfində staj keçirəm.
Nijeqorod Opera və Balet Teatrının solistiyəm. Müsabiqə
ərəfəsində “Gelikon-Opera”nın gənclər
proqramında dinləmədən uğurla keçdim.
Qarşıdakı teatr mövsümünü həvəslə
və həyəcanla gözləyirəm.
– Lap yaxşı. Nə qədər
özünüzü sakitləşdirsəniz də, hər
halda, Bakıya gəlişinizdən gözləntiniz var idi…
– Mən fikirləşmişdim ki, müsabiqə
öz yerində, həm də mövsüm ərzindəki gərginliklərdən
sonra bir qədər dincələrəm. Müsabiqəni
fikirləşə-fikirləşə Bakını gəzərəm,
ləzzətli yeməklər, ən əsası, paxlava yeyərəm.
Sizin paxlavanın bütün növlərindən ötrü
ürəyim gedir.
– Bakıda sizi ən çox təsirləndirən nə
oldu?
– Bu şəhərdə hər kəs köməyə
gəlməyə hazırdır. Bir tanışımla
görüşməliydim. Avtobus dayanacağında xəritəyə
baxıb yanımdakı qadından soruşdum ki, ora necə
gedə bilərəm? Məlum oldu ki, avtobus kartla işləyir,
mənim isə yalnız nağd pulum var. Həmin qadın mənim
avtobusumu gözlədi, məni avtobusa mindirib gediş
haqqımı da ödədi və düşdü… Mən
bilirəm ki, ödənilən pul böyük məbləğ
deyildi, amma hər halda, bu, xeyirxahlıq, qonaqpərvərlik
jesti kimi yadımda qaldı. Bakıda hərdən mənə
elə gəlirdi ki, istəsəm, adamlar son tikələrini,
axırıncı qəpiklərini mənə verərlər,
heç arxasını düşünməzlər.
“Bu, mənim ilk və son müsabiqəmdir”
Müsabiqənin diplomantı Nadejda Meyer incə
görkəminə yaraşan tərzdə nazla
danışır, danışanda da üzündən təbəssüm
əskik olmur.
– Həştərxan Opera və Balet Teatrında
işləyirəm. Həştərxandan Bakıya birbaşa
təyyarə reysi də var ki, bu şərt mənim səfərimi
xeyli asanlaşdırdı..
– Nə yaxşı…
– Həştərxanın ən iri küçələrindən
biri Heydər Əliyevin adını daşıyır. Şəhərdəki
xeyli azərbaycanlı ilə şəxsi
tanışlığım da var.
– Deməli, Bakıya gəlməmişdən öncə
müəyyən təəssüratınız
formalaşıb. Əvvəllər hansısa müsabiqədə
iştirak etmisiniz?
– Yox. Bu müsabiqə mənim ilk və son müsabiqəmdir.
– İlki başa düşdük, amma niyə son?
– Mən yarışmağı sevmirəm,
tamaşaçı üçün oxumağı sevirəm.
Fikirləşirdim ki, Bakıya gələcəyəm,
müsabiqədə iştirak edəcəyəm, özüm
kimi gənc vokalçılarla tanış olacağam,
Bakını gəzəcəyəm, milli yeməklərinizin
dadına baxacağam, vəssalam. Amma turdan tura keçə
bilməyim özüm üçün də sürpriz oldu.
Azərbaycan dilində “Ulduz” romansını oxudum. Konsertmeyster
Rebeka Maqomedova (müsabiqənin şərtinə görə,
konsertmeystersiz gələn iştirakçılara akompanianator
təyin edilir - müəl.) ilə ilk dəqiqədən elə
gözəl anlaşdıq. Üçüncü tura
keçəndən sonra anladım ki, qələbənin bir addımlığındayam,
xoşbəxtəm. Ürəyimdə dedim ki,
üçüncü turda yalnız tamaşaçılar
üçün oxuyağacam: gözəl musiqidən həm
özüm zövq alacağam, həm də onlara bu
zövqü yaşadacağam, heç münsiflər tərəfə
də baxmayacağam.
Aleksey üçün “Ulduz”
Aleksey Yurkovski N.A.Rimski-Korsakov adına Sankt-Peterburq
Konservatoriyasının məzunudur. Nijeqorod Opera və Balet
Teatrının solistidir.
– Çox şadam ki, bəxtimə
Bülbül müsabiqəsində iştirak şansı
düşdü. Mən öz konsertmeysterim Natalya Zaytseva ilə
gəlmişdim. Bayaq Nadyanın, digər
iştirakçıların müsabiqə, Bakı, azərbaycanlılar
haqqında söylədikləri xoş fikirləri dəstəkləyirəm.
Səhnəyə çıxanda heç müsabiqə həyəcanı
hiss etmədim.
– Siz “Ulduz” romansının ifasına görə
mükafat aldınız...
– Bəli, II turda
Bülbülün repertuarındakı Azərbaycan bəstəkarlarının
bir əsərini oxumalıydıq. Mən “Ulduz”
romansını seçdim. Əsər mənim çox
xoşuma gəlmişdi. Müsabiqədən sonra münsiflər
heyətinin üzvü Dinarə Əliyeva mənə dedi ki,
indiyədək müsabiqənin
heç bir əcnəbi iştirakçısı bu
romansı belə düzgün ifa etməyib.
– Qala-konsertdə necə, “Ulduz”u ifa edəcəksiniz?
– Təəssüf ki, mənim konsertmeysterim artıq
Bakını tərk edib. Amma qərara gəlmişəm ki,
“Ulduz” mənim repertuarımda qalacaq, onu konsertlərdə ifa
edəcəyəm.
***
“Sevgili canan” ürəyimdə qalmışdı…
Mariinski Teatrının Vladivostok səhnəsinin
solisti Samirə Həlimova ilə həmsöhbət olana qədər
onun soyadını Qalimova kimi yazmışdım. Bu da təbiidir.
Simasından türk olduğu bilinən vokalçının
həm tatarlar, həm də başqırdlar arasında
geniş yayılmış bu soyadın
daşıyıcısı olması təbii idi. Amma IV
mükafatın laureatı Samirə söhbətə elə məqamdan
başladı…
– Sankt-Peterburqda doğulub böyümüşəm.
Atam azərbaycanlı, anam başqırddır.
– Ay, nə gözəl! Bəs soyadınız?...
– Atam Qəbələdəndir, soyadı da Həlimov.
Sadəcə, rus dilində onu Qalimov yazaraq başqırd
soyadına oxşadıblar.
– Belədə güman edə bilərəm ki, sizin Azərbaycan
musiqisi, Bülbül haqqında məlumatınız əvvəldən
olub?
– Əlbəttə! Təxminən yeddi il olar ki,
müsabiqə haqqında məlumatlıyam. Atam da
Bülbül haqqında xeyli danışmışdı deyə
müsabiqəyə qatılmağa çox həvəsliydim.
Hətta iki dəfə müraciət etmişdim, amma keçə
bilməmişdim. Bu, mənim üçüncü cəhdim
idi.
– Atalar üçdən deyib…
– Hə, üçüncü cəhdim mənə
uğur gətirdi, qismət indiyə imiş. Bilirsiniz, mən
bir dəfə də Müslüm Maqomayev adına müsabiqəyə
qatılmışdım. Orada da ikinci turda Azərbaycan bəstəsi
oxumaq lazım idi. Mən də “Sevgili canan”ı öyrənmişdim.
Təəssüf ki, ikinci tura keçə bilmədim deyə,
romansı səhnədən oxumaq arzum ürəyimdə
qaldı. Bu dəfə də “Sevgili canan”ı proqrama
saldım. Qarşıma məqsəd qoymuşdum ki, ən
azı, II tura çıxıb “Sevgili canan”ı auditoriya
qarşısında oxumalıyam! Axır ki, arzuma
çatdım!...
– Teatrda işləriniz necədir?
– Üç ildir ki, Vladivostokda işləyirəm. Mən
teatra gələndə repertuarda “Yarasa” operettasının
adını görəndə, öz-özümə dedim ki,
Allah eləməsin, məni bu tamaşaya daxil etsinlər.
Çünki əsərdə danışıq, rəqs də
çoxdur, mənim də təcrübəm az, necə
bacararam? Amma qorxduğum başıma gəldi: teatra qəbul
olunan kimi məni “Yarasa”da Adel roluna təsdiq etdilər.
Tamaşa repertuarda olduğundan cəmi üç məşqdən
sonra səhnəyə çıxdım.
– Bəs indiyədək hansısa müsabiqədə
iştirak etmisiniz?
– O qədər… Sayını itirmişəm. Ötən
il Lemeşov adına müsabiqədə birinci oldum. Amma beynəlxalq
səviyyədə ilk böyük qələbəmi indi
qazanıram.
– Deməli, yarışmağı sevirsiniz?
– Müsabiqədə, ilk növbədə,
özünə, öz qorxularına qalib gəlirsən, yeni
dostlar tapırsan, hətta deyərdim ki, adamın əsəbləri
də möhkəmlənir.
– Sizə uğurlar! Qələbə
sorağınız digər müsabiqələrdən gəlsin!
– Təəssüf ki, laureat olduğun müsabiqədə
təkrar iştirak etmək olmaz. Yoxsa, yenə Bülbül
müsabiqəsinə qatılardım.
Stepan bizim kürəkən imiş
Birinci mükafatın iki sahibindən biri
D.Şostakoviç adına Samara Opera və Balet
Teatrının solisti Stepan Volkov ilə tanışlıq da
sürprizsiz ötüşmədi.– Bülbül adına
müsabiqədə iştirak etmək və qalib gəlmək
mənim üçün çox şərəflidir. Məni
həvəsləndirən həyat yoldaşım oldu.
Bilirsiniz, yoldaşım azərbaycanlıdır. Onun vətənində
olmaq, ona doğma olan musiqini, mədəniyyəti daha
yaxından tanımaq arzum idi. Bu müsabiqədə qələbəmi
Azərbaycana, bir də həyat yoldaşıma həsr edirəm.
Stepan həyat yoldaşını təqdim edən
kimi, müsahibənin istiqaməti dəyişir və onlar
suallarıma ikilikdə cavab verirlər.
Yekaterina: Mən, Yekaterina Məmmədova, Stepanın həyat
yoldaşıyam. Atam Kürdəmirin Mollakənd kəndindəndir.
Ovaxtkı SSRİ-də hərbi xidmətini Rusiyada keçəndə
bir rus qızı ilə tanış olub, bir-birlərini sevib
evləniblər. Həmin nikahdan mən doğulmuşam.
Atamın qohumları ilə çox yaxşı münasibətimiz,
gediş-gəlişimiz var.
Çoxdan arzu edirdim ki, Stepan bu müsabiqəyə
qatılsın. Bu həm də mənim
daşıyıcısı olduğum mədəniyyətə
bir qədər də yaxınlaşmaq deməkdir. Müsabiqənin
ikinci turunda Stepan “Ulduz” romansını oxuyanda onun
çıxışını çəkib atama,
bütün ata qohumlarıma göndərdim. Dil mühitim
olmadığından, evdə Azərbaycan dilində
danışmadığımız üçün dili bilməsəm
də, özümü ruhən, qəlbən azərbaycanlı
hesab edirəm.
– Stepan, deyəsən, “Ulduz” romansının üzərində
çalışmaq sizə çətin olmayıb?
– Ata mənə çox kömək etdi, mətni
başa saldı, tələffüzüm üzərində
çalışdı. Maraqlıdır ki, peşəkar
musiqiçi, müğənni olmasa da, hətta hansı saiti,
hansı samiti necə tələffüz etmək lazım
olduğunu da aydın izah etdi.
– Bəs siz necə tanış olmusunuz?
Stepan: Teatrda. Beş ildir ki, ailəliyik.
Yekaterina: Mən Samara Opera və Balet Teatrında bədii
rəhbərin köməkçisiyəm. Teatr menecmenti
üzrə təhsil almışam. Orta musiqi təhsilim də
var. Əsasən prodüserlik fəaliyyəti ilə məşğul
oluram.
***
Vokalçıların Bülbül adına IX Beynəlxalq
Müsabiqəsi artıq tarixi fakta çevrildi. Ölkəmizə
yaxın-uzaq xaricdən təşrif buyurmuş, Azərbaycanı
mükafatla, yaxud əliboş tərk edən
iştirakçıların yaradıcılıq
bioqrafiyasında özünəməxsus yer tutacaq.
Ümidvarıq ki, nailiyyətindən asılı olmayaraq, hər
kəs Bülbül müsabiqəsini düşünəndə
belə bir etiraf etsin: Nə yaxşı ki, yolum Bakıdan
düşdü...
Gülcahan Mirməmməd
Şuşa – Bakı
P.S. Müsabiqədə iki I yerdən birini tutmuş və
“Ən yaxşı tenor” mükafatına layiq
görülmüş vokalçımız, Akademik Opera və
Balet Teatrının solisti Atəş Qarayevlə də
söhbətləşməyi unutmamışıq. Qəzetimizi
izləyin.
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.5.