Şuşalı rəssamın
çiçəklənən arzusu
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda şuşalı rəssam
Səyyar Əliyevin “Çiçəklənən
Şuşa” adlı fərdi sərgisi açılıb.
Sərgidə 80-dən çox əsər yer
alıb. Ekspozisiyada müəllifin Şuşaya, Xocalı faciəsinə
həsr olunan əsərləri, abstrakt və peyzaj janrında
çəkdiyi rəsmləri nümayiş olunur. Rəssam Vətən
müharibəsində tarixi Zəfərə həsr
olunmuş “Ata vəsiyyəti”, “Şuşa qalası”,
“Cıdır düzü”, “Xarıbülbül” əsərlərini
də sənətsevərlərə təqdim edib.
“2016-cı ildə Azərbaycan Rəssamlar
İttifaqında sərgim açılanda dedim ki, vaxt gələcək
biz Şuşaya qayıdacağıq. İndi ən
böyük arzum Şuşada qalereya açmaqdır.
Planlarımda pulsuz rəssamlıq məktəbi açmaq da
var. Şuşaya ilk gəldiyimdə ən sevdiyim Cıdır
düzünə getdim. Oranı gördüyümdə məni
sevinc hissi bürüdü, çünki qəlbində
qayıtmaq ümidi ilə yaşayırdım. Sonra illər
öncə ayrıldığım evimə getdim. Evin həyətində
bitən armud ağacını qucaqladım və kövrəldim.
Elə bildim ki, dünyanı mənə verdilər”, – deyə
rəssam bildirib.
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.4.