Ölkəmiz Annecy
animasiya festivalında təmsil olunur
Dünyanın ən böyük animasiya festivalı
olan Annecy Beynəlxalq Animasiya Film Festivalı (Fransa) bu il 9 –15
tarixlərində keçirilir.
Festivalda Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY
müştərək stendlə iştirak edir.
Stenddə Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Türkmənistanın
animasiya məhsulları, layihələri, festivalları və
s. barədə məlumatlar təqdim olunur.
Layihə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Türkmənistanın Mədəniyyət Nazirliyi və
TÜRKSOY-un dəstəyi ilə kreativ sənayenin
inkişafı üzrə “Yaradıcı Azərbaycan”
proqramı çərçivəsində həyata
keçirilir.
“Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin
Animasiyası – 2024) kataloqu da stenddə nümayiş olunan məhsullar
sırasındadır. Kataloqa daxil olan 90-dan çox layihədən
50-si kataloqun şərtlərinə uyğun hesab edilib,
onlardan 5-i hazırlıq mərhələsində olan
tammetrajlı filmlər, 11-i hazırlıq mərhələsində
olan qısametrajlı filmlər, 8-i hazırlıq mərhələsində
olan seriallar, 14-ü yayımlanmış qısametrajlı
filmlər, 12-si yayımlanmış seriallardır.
Ölkəmizi Annecy Festivalında Azərbaycan Animasiya
Assosiasiyasının üzvləri Elçin Hami Axundov, Nəzrin
Ağamalıyeva, Oqtay Yusibov, Rəşid Ağamalıyev və
Şahin Əliyev təmsil edir.
Festivalda animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive
League) da iştirak edir. Onun festivalda iştirakı 6-cı
ANİMAFİLM festivalının “The Half – “Birdən ölsək”
filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı
animasiya filmi” mükafatını qazanması sayəsində
mümkün olub.
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.8.