UNESCO-da ölkəmizin
bəyanatı səsləndirilib
10–13 iyun tarixlərində UNESCO-nun mənzil-qərargahında
“Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü
il Konvensiyası”na tərəfdaş ölkələrin 10-cu
sessiyası keçirilib.
Sessiyanın ilk günü Azərbaycanın UNESCO
yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin
milli bəyanatını səsləndirib. O, Azərbaycanın
konvensiyanın dəyər və prinsiplərinə sadiqliyini
vurğulayaraq ölkəmizin silahlı münaqişələr
və təbii fəlakətlər zamanı qeyri-maddi mədəni
irsin qorunmasına töhfə verdiyini bildirib.
Ermənistan tərəfindən maddi və qeyri-maddi mədəni
irsimizin dağıdılması ilə bağlı danışan
E.Abdullayev 30 illik işğal dövründə Azərbaycanın
maddi və qeyri-maddi mədəni irsinin
dağıdıldığını sessiya
iştirakçılarının diqqətinə
çatdırıb. Bildirib ki, bu müddətdə Ermənistanın
işğalı nəticəsində 1 milyona yaxın
qaçqın və məcburi köçkün
çövkən, xalçaçılıq və muğam
kimi qeyri-maddi mədəni irslərini öz doğma
yurdlarında həyata keçirmək hüququndan məhrum
edilib.
Diplomat bu il Şuşada keçirilən ənənəvi
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının
“Şuşa – İslam Dünyasının Mədəniyyət
Paytaxtı – 2024” ilinin açılış mərasimi ilə
üst-üstə düşdüyünü, ötən il
Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO
üzrə Milli Komissiyalarının 9-cu iclasının
keçirildiyini xatırladıb, bu tədbirlərin qeyri-maddi
mədəni irsin qorunması və təbliği
baxımından vacibliyini diqqətə çatdırıb.
Daimi nümayəndə COP29-a ev sahibliyi edən
ölkə olaraq iqlim dəyişikliyinin qeyri-maddi mədəni
irsə təsiri mövzusunun Azərbaycan üçün əhəmiyyətli
olduğunu bildirib.
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.2.