Belarus Milli
Kitabxanasına Azərbaycanla bağlı nəşrlər hədiyyə
edilib
Milli Məclisin sədri Sahibə Qafarovanın
başçılıq etdiyi parlament nümayəndə heyəti
iyunun 12-də Belarus Respublikasına rəsmi səfəri
çərçivəsində Belarus Milli Kitabxanasında
olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən bildirilib ki, nümayəndə heyəti
kitabxanada yaradılan şəraitlə tanış olub, burada
saxlanılan kitablar barədə məlumat alıb.
Burada yaradılan Azərbaycana həsr olunmuş
bölmə haqqında da məlumat verilib. Milli Məclisin sədri
kitabxanaya Azərbaycan dövlətçilik tarixi haqqında
kitablar, “Qarabağ: işğaldan əvvəl və
işğaldan sonra” kitab-albomunu hədiyyə edib.
Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Azərbaycan parlament nümayəndə heyəti həmçinin
Minskdə “Horizont” Elektronika və İnnovasiyalar Mərkəzi
və Milli Ticarət Evi ilə də tanış olub. Burada
Belarus istehsalı olan müxtəlif məhsullar haqqında məlumat
verilib.
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.2.