NDU-da yeni nəşrlərin təqdimatı
21-22 iyun tarixlərində Naxçıvanda “Qərbi
Azərbaycana qayıdış” adlı festival-konqres
keçirilir. Festival-konqres çərçivəsində
tarixi həqiqətlərin geniş ictimaiyyətə
çatdırılması məqsədilə çap
edilmiş elmi əsərlərin təqdimatları təşkil
olunur.
Naxçıvan Dövlət Universitetinin (NDU)
kitabxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin
(ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru,
filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın
“XX əsrdə Dərələyəzdə urbisid və
etnosid aktları” kitabının və “Ulduz” jurnalının
“Qərbi Azərbaycan” xüsusi buraxılışının
təqdimatı olub.
NDU-nun rektoru Elbrus İsayev çıxış edərək
Qərbi Azərbaycan mövzusunun xalqımızın tarixi
yaddaşı olduğunu bildirib, təqdimatı keçirilən
nəşrlərin əhəmiyyətini vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktorları Arifə
Zeynalova, Qənirə Əsgərova, AMEA Naxçıvan
Bölməsi İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun elmi katibi dosent Zülfiyyə İsmayıl,
ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova,
ADPU Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin
rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova
yeni nəşrlər haqqında fikirlərini bildiriblər.
Sonda müəllif Mahirə Hüseynova
çıxış edənlərə təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.4.