Nazir Samuxda vətəndaşları
qəbul edib, mədəniyyət müəssisələrinin
fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığına əsasən, hər
ay mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumlarının rəhbərləri tərəfindən
şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların
müxtəlif məsələlərlə bağlı
müraciətlərinə baxılır, aidiyyəti üzrə
tədbirlər görülür.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
qəbul qrafikinə uyğun olaraq, Azərbaycan
Respublikasının mədəniyyət naziri Adil Kərimlinin
vətəndaşlarla növbəti görüşü
iyunun 14-də Samux rayonunda keçirilib.
Qəbuldan öncə nazir və rayonun icra
başçısı Firdovsi Əliyev Samux şəhərində
Ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla
yad ediblər.
Samux şəhər Heydər Əliyev Mərkəzində
təşkil olunan qəbulda Samux, Goranboy, Göygöl,
Daşkəsən rayonlarından, eləcə də Gəncə
və Naftalan şəhərlərindən bir qrup vətəndaşın
müraciətlərinə baxılıb.
Müraciətlər mədəniyyət sahəsinə
dair təklif və təşəbbüslər, işlə təmin
olunma və digər məsələlərlə bağlı
olub. Həmçinin sahə üzrə bir sıra mövcud
problemlər diqqətə çatdırılıb.
Adil Kərimli vətəndaşları dinləyərək
hər bir müraciət üzrə məsələlərin
operativ şəkildə araşdırılması,
qanunvericiliyə uyğun həlli ilə bağlı Mədəniyyət
Nazirliyinin məsul nümayəndələrinə
tapşırıqlar verib.
Qəbul zamanı şəhid ailələri və
qazilər tərəfindən qaldırılan məsələlərə
xüsusi diqqət göstərilməsi, vaxtında
baxılması məqsədilə müraciətlər
qeydiyyata alınaraq nəzarətə götürülüb.
***
Qəbuldan sonra Adil Kərimli Samux rayonunda fəaliyyət
göstərən bir sıra mədəniyyət müəssisələrinin
fəaliyyəti ilə tanış olub.
Samux şəhər Musiqi məktəbi, Samux rayon Mədəniyyət
Mərkəzi, Samux rayon MKS-nin Mərkəzi Kitabxanası və
Samux rayonu Sərkar kənd Musiqi məktəbinə
baxış keçirilib. Müəssisələrin fəaliyyəti
və cari vəziyyəti haqqında məlumat verilib.
Daha sonra Gəncə şəhərinə gələn
nazir dahi şair və mütəfəkkir Nizami Gəncəvinin
məqbərəsini ziyarət edib. Adil Kərimli Gəncə
şəhərində Nizami Muzeyinə də baxış
keçirib.
Mədəniyyət ocaqlarında işin günün
tələbləri səviyyəsində qurulması ilə
bağlı tapşırıq və tövsiyələr
verilib.
Mədəniyyət.- 2024.- 21 iyun,№45.- S.4.