Ətraf mühit naminə
dayanıqlı inkişaf
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində
“Gənc müəllimlərin yaşıl dünya
konfransı: ətraf mühit naminə dayanıqlı
inkişaf” adlı tədbir keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti
başçısının müavini Ülviyyə
Əliyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsi
Təhsilin inkişafı sektorunun müdiri Hafiz Pənahov, Lənkəran
şəhər Heydər Əliyev Mərkəzinin direktoru
Reyhanə Sadıxova və başqalarının
çıxışları dinlənilib. Sonra təlim
sessiyaları keçirilib.
Bədii hissədə Lənkəran Dövlət
Universiteti nəzdində fəaliyyət göstərən
Sosial və Aqrar-Texnoloji Kollecin müəllim və tələbə
heyətinin ifa etdiyi “Mənim Azərbaycanım” və “Xudayar
təsnifi” tədbirə rəng qatıb.
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.4.