“Füzuli
rindü-şeydadır”
Lənkəran Mərkəzi Kitabxanası və Azərbaycan
Yazıçılar Birliyi Lənkəran bölməsinin birgə
təşkilatçılığı ilə dahi şair və
mütəfəkkir Məhəmməd Füzulinin (1494–1556)
530 illiyinə həsr olunmuş “Füzuli
rindü-şeydadır” adlı tədbir keçirilib.
Çıxış edənlər şairin həyat
və yaradıcılığından bəhs ediblər.
Bildirilib ki, Məhəmməd Füzulinin adı Azərbaycan
tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi
ədəbi dilimizin yaradıcılarından biri kimi həkk
olunub. Füzulinin irihəcmli əsərləri ilə
yanaşı, qəzəlləri də söz sənətimizin
ölməz abidələridir.
Şagirdlər tərəfindən şairin sözlərinə
yazılmış “Vətənimdir” və “Füzuli
kantatası” əsərləri ifa olunub. “Leyli və Məcnun”
poemasından “Anasının Leyliyə nəsihəti” səhnəsi,
həmçinin müxtəlif rəqslər
iştirakçılar tərəfindən böyük maraqla
qarşılanıb.
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.4.