“Sənətkarın dostu” – Şəmistan
Əlizamanlı ilə görüş
İyunun 24-də Mədəniyyət Nazirliyi Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
(MEMİM) təşkilatçılığı, Bakı
Şəhər Mədəniyyət Baş İdarəsi və
Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrının dəstəyi ilə həyata keçirilən
“Sənətkarın dostu” layihəsi üzrə növbəti
görüş olub.
26 İyun – Silahlı Qüvvələr Gününə
həsr edilmiş görüşdə şəhid ailələri,
qazilər və paytaxtımızda fəaliyyət göstərən
uşaq musiqi və incəsənət məktəblərindən
nümayəndələr iştirak ediblər. Dövlət
Mahnı Teatrında keçirilən görüşün budəfəki
qonağı hərbi diktor, hərbi-vətənpərvərlik
nəğmələrinin tanınmış ifaçısı
Şəmistan Əlizamanlı olub.
MEMİM-in direktoru vəzifəsini icra edən
Vüqar Hümbətov iştirakçıları salamlayaraq
bildirib ki, hərbi-vətənpərvərlik
mövzularında müxtəlif formatlı tədbirlərin təşkili
mərkəzin prioritetlərindən biridir.
MEMİM-in əməkdaşı Riad Cəbrayılovun
moderatorluğu ilə keçirilən tədbirdə 44
günlük Vətən müharibəsində Qələbənin
əldə olunmasında hərbi nəğmələrin rolu
və gənclərin milli ruhda tərbiyə edilməsinin əhəmiyyəti
ilə bağlı söhbət aparılıb. Şəmistan
Əlizamanlı sənətdə ilk addımlarından bəhs
edərək Azərbaycan hərb musiqisinin tarixi,
inkişafı və əhəmiyyəti barədə fikirlərini
bölüşüb.
Görüşdə Ş.Əlizamanlı “Ana Vətən”,
“Cənab leytenant” və “Can Azərbaycan”
mahnılarını, Azərbaycan Dövlət Nəfəs Alətləri
Orkestri (bədii rəhbər – Əməkdar incəsənət
xadimi Əlibala Rzayev) “Marş”, “Vətən marşı”,
Niyazi adına Şuşa şəhər Uşaq incəsənət
məktəbinin (Bakı şəhəri) kollektivi
“Şuşa fatehləri” əsərlərini səsləndiriblər.
Xatırladaq ki, “Sənətkarın dostu” layihəsi
üzrə ilk görüş Üzeyir Hacıbəylinin Ev-Muzeyində
tanınmış pianoçu, Xalq artisti Ülviyyə
Hacıbəyova ilə olmuşdu.
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.3.