CAR-da “Xarıbülbül” rəqs
qrupu
Cənubi Afrika Respublikasında (CAR) ilk Azərbaycan
diaspor təşkilatı yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən
bildirilib ki, Azərbaycan–CAR Mədəniyyət Assosiasiyası
Pretoriya şəhərində yaşayan həmyerlimiz,
xoreoqraf Azər Mirzəyev tərəfindən təsis olunub və
qeydiyyatdan keçirilib.
Assosiasiyanın nəzdində “Xarıbülbül” rəqs
qrupu fəaliyyət göstərir. Qrupa yerli xalqların
nümayəndələri cəlb olunublar.
Azər Mirzəyev uzun illərdir CAR-da yaşayır və
milli rəqslərimizin müxtəlif yarışlarda təbliği
ilə məşğuldur.
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.8.