Bülbülün
anadan olmasının 127-ci ildönümü münasibətilə
Memorial muzeydə xatirə konserti
Bülbülün Memorial Muzeyinin və “Bülbül
vokal məktəbi”nin birgə təşkilatçılığı
ilə Azərbaycan professional vokal sənətinin banisi,
SSRİ Xalq artisti, professor Bülbülün (1897–1961) anadan
olmasının 127-ci ildönümünə həsr
olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin
direktoru Fərqanə Cabbarova dahi sənətkarın əziz
xatirəsinin 24 il yaşadığı bu evdə mütəmadi
olaraq müxtəlif musiqi tədbirləri, sənət
görüşləri ilə yad edildiyini vurğulayıb.
Tanınmış vokalçı, Əməkdar artist
Ramil Qasımov çıxış edərək dahi
müğənninin sənət yolunun davamçısı
olmaqdan qürur duyduğunu deyib, Bülbül ənənələrini
yaşatmaq, gələcək nəsillərə ötürmək
məqsədilə yaratdığı vokal məktəbindən
bəhs edib.
Tədbirdə “Bülbül vokal məktəbi”nin tələbələri
çıxış ediblər.
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.5.