Silahlı Qüvvələr
Gününə həsr olunan tədbirlər
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin tabeliyində olan Badamdar, Balaxanı,
Pirşağı Mədəniyyət evlərinin birgə təşkilatçılığı
ilə Silahlı Qüvvələr Gününə həsr
olunmuş tədbir keçirilib.
Badamdar qəsəbə Mədəniyyət evində
təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib,
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbirdə çıxış edənlər
müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və
möhkəmləndirilməsindən, 44 gün ərzində əldə
olunan tarixi Zəfərdən danışıblar.
Bədii hissədə Mədəniyyət evlərinin
solistləri vətənpərvərlik ruhlu mahnılar səsləndiriblər.
***
Suraxanı rayon Heydər Əliyev Mərkəzində
“Müasir Azərbaycan Ordusunun qurucusu” mövzusunda tədbir
keçirilib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi
Veteranları Birliyi Suraxanı rayon təşkilatının
üzvləri, qazilər, FHN Akademiyasının kursantları
və başqa qonaqlar iştirak ediblər.
Dövlət Himni səsləndirilib, şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Azərbaycan
Ordusunun yaradılması tarixindən, Ümummilli lider Heydər
Əliyevin dövlətçilik təcrübəsindən,
uzaqgörən siyasətindən söz açıblar. Qeyd
olunub ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə
rəhbərliyinin hər iki dövründə ordu
quruculuğu məsələlərinə xüsusi diqqət
yetirib.
Ulu öndərin ordu quruculuğundakı xidmətlərindən
və Silahlı Qüvvələr Günündən bəhs
edən sənədli film nümayiş olunub.
Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.2.