“Divanü lüğat-it-türk”:
Türk dünyasının ortaq dəyəri”
Azərbaycan alimləri Bişkekdə beynəlxalq
konfransda məruzə ediblər
24-25 iyun tarixlərində
Qırğızıstanın paytaxtı Bişkekdə
“Yazılışının 950-ci ildönümündə
“Divanü lüğat-it-türk”: Türk dünyasının
ortaq dəyəri” mövzusunda beynəlxalq elmi konfrans
keçirilib.
Konfransa AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru professor Nadir Məmmədli və
Türk dilləri şöbəsinin müdiri professor
İsmayıl Kazımov da qatılıblar.
Nadir Məmmədli konfransda “Divanü
lüğat-it-türk”ün tədqiqi tarixi” mövzusunda məruzə
edib. Alim bildirib ki, ötən əsrin 30-cu illərində
SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında
işləmiş özbək əsilli alim Xalid Səid Xocayev
Mahmud Kaşğarinin bu məşhur əsərini
türkologiya tarixində ilk dəfə ərəb dilindən
Azərbaycan dilinə tərcümə edib. O, kitabın tərcüməsindən
sonra “əks-inqilabi pantürkist təşkilatın
üzvü” damğası ilə ittiham olunaraq 1937-ci ildə
güllələnib. Alimin evində axtarış aparılan
zaman “Divan” üzə çıxmadığından itmiş
hesab olunub.
N.Məmmədli “Divanü lüğat-it-türk” əsərinin
I, II və III cildlərini konfransın idarə heyətinə
təqdim edib.
Professor İsmayıl Kazımov isə “Azərbaycan
dilinin tarixi qrammatikası və Mahmud Kaşğarinin
“Divanü lüğat-it-türk” əsəri” mövzusunda məruzə
edib. Alim bildirib ki, M.Kaşğarinin bu əsəri dünya
tarixində yazılmış ilk türk lüğətidir:
“Bu, adi sözlük deyil, eyni zamanda yazıldığı
dövrün xarakterik cizgilərini müəyyənləşdirən
güzgüsüdür, min il öncəki düşüncəni
bu günə gətirən, tanıdan mötəbər bir
qaynaqdır. Eyni zamanda bu əsərlə türklüyün,
türk qrammatikasının təməli qoyulur”.
Xatırladaq ki, Mahmud Kaşğarinin “Divanü
lüğət-it-türk” əsərinin 950 illiyi UNESCO-nun
2024–2025-ci illər üzrə yubileylər proqramına daxil
edilib.
Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.7.