Ələkbər Tağıyevin 100
illiyinə həsr olunan musiqi axşamı
Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında tanınmış bəstəkar Ələkbər
Tağıyevin (1924–1981) mahnılarından ibarət konsert
proqramı təqdim edilib. Musiqi axşamı bəstəkarın
anadan olmasının 100 illiyi münasibətilə gerçəkləşib.
Konsertdə teatrın solistləri bəstəkarın
populyar mahnılarından ibarət musiqi nömrələri ilə
çıxış ediblər. Bir-birindən parlaq ifalar
maraqla qarşılanıb. Solistləri teatrın instrumental
ansamblı (bədii rəhbər Mirxalid Salayev) müşayiət
edib.
Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan
musiqi mədəniyyətinə “Azərbaycanım mənim”,
“Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”,
“Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan
oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən
mahnılar bəxş edib. Sənətkarın “Sən gəlməz
oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim
var” kimi mahnıları xarici müğənnilər tərəfindən
də ifa olunub.
Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.5.