Bakının qəribə qəsəbə adları

 

Şəhər linqvomədəni fenomen kimi

 

 

 

Bu gün şəhərlər inkişaf tarixi, urbanizasiya məsələləri, digər cəhətləri ilə yanaşı, həm də dilçilik, toponimiya nöqteyi-nəzərindən, linqvomədəni fenomen kimi nəzərdən keçirilir. Xüsusilə böyük şəhərlərdə müxtəlif mədəniyyətlərin bir arada olması özünəməxsus semiotika doğurur ki, bu da küçə, meydan, məhəllə və s. adlarında öz ifadəsini tapır. Bu adlar yalnız toponimiya, dil hadisəsi deyil, həm də sosial-mədəni fenomendir, şəhər sakinlərinin “yaddaş saxlancı”dır. Bəzən tarixi şəxsiyyətlərə, tarixi hadisələrə, məhəlli-ərazi xüsusiyyətərinə, sakinlərin yaşayış tərzi, peşə xüsusiyyətlərinə bağlı olaraq ortaya çıxan bu adlar ayrı-ayrılıqda maraq kəsb edir.

Bakı şəhəri də bu mənada təkrarsızlığı ilə diqqət çəkir. Liman şəhəri olması, Böyük İpək Yolunun qovşağında yerləşməsi onu ta qədimdən multikultural bir məkan kimi formalaşdırıb, küçə, meydan, məhəllə adlarında özünü göstərib. Bundan əlavə, şəhərin landşaftı da yer adlarının seçilməsində öz rolunu oynamaya bilməzdi. XIX əsrin sonlarında Bakı tarixi məkanından – İcərişəhərdən xeyli kənara çıxaraq müxtəlif məhəllələrlə genişlənmişdi: Qara şəhər, Şamaxinka, Kərpicxana, Qanlı təpə, Cəmbərəkənd (“qövsvarı kənd” mənasında), Alatava (“qırmızı dağ” mənasında), Badamdar (“badam yetişən yer”), Zavağzal, Xrebtovı, Məhəmmədli məhəlləsi, Palçıqlı məhəllə, Dağlı məhəlləsi, Zərgərpalan, Quba meydanı və s.

Paytaxtın sənaye toponimləri

Bu yazının əsas mətləbi isə Bakının “Ərəblinka”, “Xutor”, “Çermet”, “NZS”, “UPD” və s. kimi qəsəbə, məhəllə adlarının mənşəyinə müəyyən dərəcədə aydınlıq gətirməkdir. Məsələ ilə bağlı müraciət etdiyimiz AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Toponimika şöbəsinin müdiri Elçin İsmayılov bu xüsusda fikir və mülahizələrini bizimlə bölüşdü.

Alim deyir ki, abreviatura olan qəsəbə-məhəllə adları rus dilində söz birləşmələri olaraq formalaşıb.

Məsələn, “NZS” rus dilində “íåôòåçàïðàâî÷íàÿ ñòàíöèÿ” (neft doldurma stansiyası) söz birləşməsindən meydana gəlib. Həmin ərazi XIX əsrin 1930-40-cı illərində rayonlara neft aparan qatarların neftlə təmin edildiyi məntəqə olub. NZS hazırda Xətai rayonunun Keşlə qəsəbəsinin bir hissəsidir.

“UPD” abreviaturası bu məkanda yerləşən “Mədən yolları idarəsi” (Óïðàâëåíèå ïðîìûñëîâûõ äîðîã) adından götürülüb. O vaxt “NZS” “UPD”-nin tabeliyində olan təşkilat idi.

“Çermet” (“׸ðíûé ìåòàëë”) qara metal emalı ilə məşğul olan sənaye obyektinin, zavodun adı ilə bağlıdır. Zavod bu gün də fəaliyyət göstərir.

“Ərəblinka” Qaraçuxurda (Suraxanı rayonu), təpəlikdə, çox gözəl evlərdən ibarət məhəllənin adıdır.

Elçin İsmayılov: “Ümumiyyətlə, Azərbaycanda ərəblərlə bağlı yaşayış məntəqələri, məkan adları az deyil. Bu təsadüfi deyil. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-irəm” əsərində qeyd etdiyi kimi, Azərbaycanda 300-ə yaxın ərəbmənşəli yaşayış məntəqəsi var”.

“Xutor” qəsəbəsi (Binəqədi rayonu) vaxtilə fəhlələri məskunlasdırmaqdan ötrü hazır taxta evlərdən salınmış yaşayış sahəsi olub. Bu taxta evlər Ukrayna kəndləri, yəni xutorlar üslubunda olduğu üçün ərazi də “Xutor” adlanıb.

Yaxınlıqdakı “Vorovski” deyilən qəsəbə-məhəllə isə Sovet İttifaqının ilk diplomatlarından  olmuş, milliyətcə polyak olan kommunist Vatslav Vorovskinin adı ilə paytaxtımızda əbədiləşdirilmişdi. Hazırda “Xutor” və “Vorovski” Rəsulzadə qəsəbəsinin ərazisidir.

Yeri gəlmişkən, indi Rəsulzadə qəsəbəsi adlanan yer vaxtilə adsız idi, camaat arasında sadəcə, “Ïîñåëêà” (“ïîñåëîk” – “qəsəbə”) adı ilə tanınırdı, ordakı evləri isə alman əsirləri tikmişdilər. Hazırda o evlərdən çox az sayda qalıb. Sovet dövründə indiki Binəqədi rayonu Kirov rayonu adlanırdı, qəsəbə də “ïîñåëîk Êèðîâà” kimi tanınırdı.

Toponimşünas Elçin İsmayılov deyir ki, məhəllələrin, küçələrin əvvəlki rəsmi və ya qeyri-rəsmi adlarının yaddaşlarda qalması təbiidir – yaddaşı yeniləmək dərhal baş verə bilməz. Həm də tarixi yaddaş baxımından bunun müəyyən mənası var. Amma poçt, taksi xidmətlərində bu bəzən çətinlik törədir. Məsələn, Nizami küçəsi uzun illərdi ki, Torqovı kimi tanınmaqdadır. Əslində, Nizaminin adını əbədiləşdirməyə başqa, daha böyük küçələr tapmaq çətin deyil. O küçə isə Ticarət küçəsi adlansaydı daha doğru olardı, çünki müasir dövrümüzdə də ora ticarət məkanıdır.

Eləcə də sovet dövründən qalan qəsəbə adları hələ də şəhər sakinləri arasında istifadə olunur. Məsələn, Montin (Nərimanov rayonunda), yaxud əvvəllər Serebrovski, indiki Qaraçuxur qəsəbələrinin adları inqilabçıların adları ilə bağlıdır.

Elçin İsmayılov: “Amma Stepan Razinin adının vaxtilə o boyda qəsəbəyə verilməsi yolverilməz olduğu kimi, müstəqillik qazanandan sonra həmin qəsəbənin rəsmi adının Bakıxanov olmasına baxmayaraq, indiyədək Razin qəsəbəsi anlayışının beyinlərdə, dillərdə qalması da qəbuledilməzdir. Stepan Razin quldur olub. Rusiyanın özündə lənətlənmiş şəxsdir. Bakıya hücum edib və Bakıətrafı kəndlərdə vəhşiliklər törədib. Bakının  qəsəbələrindən birinin belə bir adamın adı ilə adlandırılmasini anlamaq mümkün deyil...”.

Elçin müəllim bizimlə söhbətində onu da vurğuladı ki, yaddaşlarda yenilənmə baş verməsi üçün müəyyən zaman keçməlidir. Tarixi, sosial zəmini olmayan yer adları düşüncələrdən, şifahi nitqdən silinməsi qərarla, sərəncamla baş verən deyil.

Toponimlərin motivasiyası şəhər məkanının mətnini təyin edir. Bu özlüyündə mürəkkəb bir prosesdir. Eyni zamanda bu amillər sayəsində şəhər məkan və mətn olaraq özünü təsdiq edir...

 

Samirə Behbudqızı

Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.6.