Kukla teatrı
böyükləri də dəvət edir
Salyan Dövlət
Kukla Teatrında təkcə uşaqlar üçün
tamaşalar hazırlanmır. Martın 5-də kollektiv
Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsəri
əsasında səhnələşdirilən tamaşanın
premyerasını edib.
Tamaşanın
quruluşçu rejissoru Laləzər Hüseynova,
quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, rəssamı
Gülay Abasova, musiqi tərtibatçısı Elvin
İsayev, rejissor assistenti Aynur Ağalarovadır. Rolları
Böyükağa Mehdizadə, Nərmin Hüseynli, Röyal
Qurbanov, Maytab Gözəlova, Mədinə Ramazanova, Mirxədicə
Mirzəyeva və başqaları ifa edirlər.
Xeyir (Mələk) və
Şərin (İblis) daimi mübarizəsindən bəhs edən
əsər teatrsevərlər tərəfindən rəğbətlə
qarşılanıb.
Mədəniyyət .-
2024.- 8 mart, №(19).- S.4.