Şair Ramiz
Qusarçaylının 65 illik yubileyi qeyd olunub
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında
Yazıçılar Birliyi Quba bölməsinin sədri,
şair-publisist Ramiz Qusarçaylının 65 illik yubileyinə
həsr olunmuş tədbir keçirilib.
B.Səfəroğlu adına rayon Mədəniyyət
Mərkəzinin direktoru Ramiz Ramazanov şairin
yaradıcılığından bəhs edib.
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova və “Yazıçı qadınlar”
jurnalının təsisçisi və baş redaktoru
Nüşabə Məmmədli şairin poeziyasının məziyyətlərindən
danışıblar.
Tədbir çərçivəsində
R.Qusarçaylının “Azərbaycan bayrağı” şeiri
səsləndirilib, sözlərinə yazılmış
mahnılar ifa olunub.
Sonda şair tədbirin təşkilində əməyi
keçən hər kəsə təşəkkürünü
bildirib. Yubilyara Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin fəxri fərmanı təqdim olunub.
Mədəniyyət .-
2024.- 8 mart, №(19).- S.4.