Sağlamlıq
idmandan başlayır
Hər il martın 5-i ölkəmizdə Bədən
Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu
tarix Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına
əsasən qeyd edilir.
Əlamətdar gün münasibətilə
Neftçala rayon Heydər Əliyev Mərkəzində
“Göy qurşağı” rəsm dərnəyinin müsabiqəsi
təşkil olunub. Müsabiqədə 20 yeniyetmə və gənc
verilən birsaatlıq müddətdə idman mövzusunda sərbəst
texnika seçimi ilə rəsm çəkib. İki yaş
qrupunda Aysu Məmmədli və Ayla Nağıyeva I, Məryəm
Babaşova və Fizzə Məmmədova II, Zəhra Oruclu və
Aydan İsazadə isə III yerlərə layiq
görülüblər.
***
Kəlbəcər rayon MKS-nin (müvəqqəti Gəncə
şəhərində yerləşir) Oxuculara xidmət və Uşaq şöbələri
“İdman uşaqların gözü ilə”
başlıqlı sərgi keçirib. Uşaqların əl
işləri nümayiş olunub.
Şərqi Zəngəzur RMİ, RTİ və
RGİİ-nin birgə təşkilatçılığı
ilə “Yaşıl dünya və idman uşaqların
gözü ilə” adlı rəsm sərgisi keçirilib.
***
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq
şöbəsində “Sağlamlığın yolu idmandan
başlayır” mövzusunda tədbir keçirilib.
Masallı Dövlət Rəsm Qalereyasında isə
“İdman və yaşıl dünya” başlığı
altında sərgi təşkil edilib. Sərgidə idman
mövzusunda Qüdrət Babayev adına Mahmudavar kənd
ümumi orta məktəbin şagirdləri Əlihüseyn
Əsgərov, Günel Sadıqova, Aylin Nəsirova, Səbinə
Axundova və Tunay Əzimovanın əl işlərindən
ibarət rəsm əsərləri nümayiş olunub.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.4.