“Daşa can verib
“Küləklə sovrulan”
Şəhid heykəltaraşın
yaradıcılıq sərgisi
Şamaxı Rayon İcra Hakimiyyəti və
Dağlıq Şirvan RMİ-nin birgə təşkilatçılığı
ilə Şamaxı Yaradıcılıq Mərkəzində
Aprel döyüşləri (2016) şəhidi, heykəltaraş
Samir Kaçayevin xatirəsinə həsr edilmiş “Daşa
can verib “Küləklə sovrulan” adlı
yaradıcılıq sərgisi keçirilib.
Əvvəlcə şəhidin Çuxuryurd kəndində
yerləşən məzarı ziyarət olunub.
Çıxış edənlər Samir Kaçayevin həyat
və yaradıcılığından, onun yüksək vətənpərvərliyindən
söz açıblar.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Məmmədov şəhidin ailə üzvlərinə
başsağlığı verib, torpaq uğrunda şəhid
olmağın ən ali, uca zirvə olduğunu qeyd edib.
Samir Kaçayev 1994-cü il martın 6-da
Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məzun
olub. Həmin təhsil ocağının magistr pilləsinə
daxil olub. Lakin Vətənə olan borcu təhsilindən
üstün tutan Samir hərbi xidmətə yollanıb.
2016-cı ilin Aprel döyüşlərində Talış kəndi
istiqamətində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “İgidliyə görə”
medalı ilə təltif edilib.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.4.