Vüsalə Babayeva
dəvət edir
Martın 9-da Londondakı Müqəddəs Ceyms kilsəsində
soydaşımız Vüsalə Babayevanın solo konserti
olacaq.
Bakı Musiqi Akademiyasının məzunu, hazırda
dünyanın ən nüfuzlu musiqi təhsili ocaqları olan
London Kral Musiqi Kollecinin magistratura pilləsində təhsil
alan Vüsalə xanım klassik fortepiano musiqisindən zövq
almaq istəyənlərin qarşısında maraqlı
proqramla çıxış edəcək.
Proqrama Frederik Şopenin “Mazurka” və “Böyük
parlaq polonez mi-bimol” əsərləri, Sergey Prokofyevin 7
nömrəli sonatası və Sevda Məmmədlinin
“Laçın balladası” daxildir.
Vüsalə Babayeva London Kral Musiqi Kollecində təhsil
alan ilk azərbaycanlıdır. O, hələ məktəbli
ikən beynəlxalq müsabiqələrdə ölkəmizi
uğurla təmsil edib. Londonda təhsil almaqla bərabər,
konsert fəaliyyətinə də davam edir.
Londondakı konsert Müqəddəs Ceyms kilsəsinin
yutub kanalı ilə canlı yayımlanacaq.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.8.