Finlandiyada “Azərbaycan
– multikulturalizm diyarı” adlı fotosərgi
Finlandiyanın Espoo şəhərinin Lippulaiva
kitabxanasında fotoqraf Etibar Cəfərovun “Azərbaycan –
multikulturalizm diyarı” kitab-albomunun təqdimatı və
eyniadlı fotosərginin açılışı
keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin
(DİDK) dəstəyi ilə nəşr olunmuş kitabda
ölkəmizin multikultural dəyərləri barədə məlumatlar
əksini tapıb.
Komitədən bildirilib ki, Helsinki Azərbaycan Evinin təşkilatçılığı
ilə keçirilən tədbirdə yerli ictimaiyyətin, eləcə
də ölkəmizə dost münasibət bəsləyən
icmaların üzvləri, Finlandiyanın müxtəlif şəhərlərində
yaşayan diaspor nümayəndələri iştirak ediblər.
Espoo şəhər kitabxanasının sabiq direktoru,
kitabxananın layihələr departamentinin rəhbəri Yana
Turni Azərbaycanın multikultural və tolerant dəyərlərinin
zənginliyindən danışıb.
Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə
Cabbarova xalqımızın multikultural dəyərlərinin
Azərbaycan diasporuna təsirindən bəhs edib,
soydaşlarımızın yerli cəmiyyətə
inteqrasiyası barədə fikirlərini
bölüşüb.
E.Cəfərov kitabın ərsəyə gəlməsindən,
nümayiş olunan fotoların tarixçəsi və Azərbaycan
multikulturalizminin, milli adət-ənənələrinin rəngarəngliyindən
söz açıb.
DİDK-nın şöbə müdiri Xıdır
Kazımov Azərbaycanda müxtəlif mədəniyyətlərin
inkişafına dövlət dəstəyindən danşıb.
Sonda kitab-albom ziyarətçilərə və
kitabxanaya hədiyyə edilib. Ziyarətçilər fotosərgi
ilə tanış olublar.
Qeyd edək ki, Helsinkinin “Oodi” kitabxanası və
Finlandiyada fəaliyyət göstərən Azərbaycan Evi də
“Azərbaycan – multikulturalizm diyarı” adlı fotosərgiyə
ev sahibliyi edib.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.8.