Birliyimizin təcəssümü
Heydər Əliyev Mərkəzindəki “Tomris” sərgisində
əl işləri nümayiş olunan rəssamlardan biri də
məşhur qırğız yazıçısı
Çingiz Aytmatovun oğlu Eldar Aytmatovdur. Onun təqdim etdiyi
“Ölüm kötüyü” tablosu öz adını
Çingiz Aytmatovun eyniadlı romanından götürüb.
“Mən bu əsərdə həyat və
ölümü təsvir etmişəm və bununla, bu iki hadisənin
həyatımızın tərkib hissəsi olduğunu ifadə
etməyə çalışmışam”, – deyə o,
jurnalistlərə müsahibəsində bildirib.
Rəssam əsərlərinin Bakıda, Heydər
Əliyev Mərkəzində nümayiş etdirilməsindən
məmnunluğunu diqqətə çatdırıb.
Xalq rəssamı Sakit Məmmədov da sərginin əhəmiyyətini
vurğulayıb. Qeyd edib ki, Türk dünyası rəssamlarını
bir araya gətirən, həmrəyliyimizi təcəssüm
etdirən sərgi Türkiyə, Qırğızıstan,
Qazaxıstan və digər türk respublikalarında da
nümayiş olunacaq.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.3.