Tanınmış
pedaqoq Səidə İmanzadə haqqında kitabın təqdimatı
Azərbaycan Milli Kitabxanasında ölkəmizdə
qadın hərəkatının görkəmli nümayəndəsi,
ictimai-siyasi xadim, Əməkdar müəllim Səidə
İmanzadənin (1910–1992) xatirəsinə həsr olunmuş
kitabın təqdimat mərasimi keçirilib.
Tədbiri açan Milli Kitabxananın direktoru professor
Kərim Tahirov qeyd edib ki, Səidə İmanzadə xalqın
maariflənməsi yolunda mühüm xidmətlər göstərib,
cəhalətə və savadsızlığa qarşı
ümumxalq hərəkatının önündə gedən
xanımlardan biri olub.
Tarix elmləri doktoru Dilarə Seyidzadə kitabın
önəmini vurğulayaraq bildirib ki, Səidə
xanımın obrazı, onun irsinin öyrənilməsi
bugünkü gəncliyimiz üçün çox önəmlidir.
Səidə İmanzadənin tələbəsi
olmuş Milli Məclisin deputatı, professor Anar İsgəndərov
onu milli ruha sahib xanım, tələbələrinə sevgi və
qayğı ilə yanaşan pedaqoq kimi xarakterizə edib.
BDU-nun kafedra müdiri professor İradə Hüseynova, Səbail
rayon icra başçısının müavini Kəmalə
Həşimova, digər çıxış edənlər Səidə
İmanzadənin elmi, pedaqoji və ictimai fəaliyyətindən
söz açıblar.
Səidə xanımın oğlu Mübariz İmanzadə
tədbirin iştirakçılarına təşəkkürünü
bildirib.
Mədəniyyət .-
2024.- 8 mart, №(19).- S.3.