Filmlərimiz
Finlandiyada beynəlxalq festivalda
Mədəniyyət Nazirliyinin dəstəyi ilə
“Debüt” studiyasında çəkilmiş “İki gün” və
“Mozalan” studiyasında istehsal olunan “İkinci planetin
qırmızı rəngi” qısametrajlı bədii filmləri
martın 6-dan 10-dək Finlandiyada keçirilən 54-cü
Tampere Beynəlxalq Film Festivalında iştirak edir.
Nazirliyin keçirdiyi “Böyük Qayıdış”
müsabiqəsinin qalibləri olaraq ərsəyə gələn
və 44 günlük Vətən müharibəsinə həsr
edilmiş filmlərdən “İki gün” Tampere
festivalının əsas müsabiqə proqramında,
“İkinci planetin qırmızı rəngi” filmi isə “Cənubi
Qafqaz nümayişləri” proqramında yer alıb.
Mələk Bayramlı və Təranə Vəliyevanın
rol aldığı “İki gün” filminin quruluşçu
rejissoru Teymur Qəmbərov, prodüserləri Orxan Abbasov və
Lika Qavrişdir.
“İkinci planetin qırmızı rəngi” filminin
ssenari müəllifi və quruluşçu rejissoru Azər
Quliyev, prodüseri Əli-Səttar Quliyevdir. Filmdə əsas
rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə
və Əli Nəsib çəkiliblər.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.2.