Azərbaycanın
turizm imkanları Berlində təqdim olunub
Azərbaycanın turizm imkanları Dövlət Turizm
Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı
ilə 5-7 mart tarixlərində “ITB Berlin” sərgisində təqdim
olunub.
Milli stenddə ölkəmizi AZAL, hotel və turizm
şirkətləri daxil olmaqla, ümumilikdə 14 sənaye tərəfdaşı
təmsil edib. Sərgi çərçivəsində digər
ölkələri təmsil edən turizm sənayesi nümayəndələri
ilə B2B formatlı görüşlər keçirilib. Ziyarətçilərə
Azərbaycanın UNESCO-nun siyahısına daxil olunmuş mədəni
obyektləri, milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri
və digər turizm imkanları barədə ətraflı məlumat
verilib.
Azərbaycan stendini Dünya Turizm Təşkilatının
(UNWTO) baş katibi Zurab Pololikaşvili, Dünya Səyahət
və Turizm Şurasının prezidenti və baş
icraçı direktoru Culiya Simpson, ölkəmizin
Almaniyadakı səfiri Nəsimi Ağayev ziyarət ediblər.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.1.