Beynəlxalq
Qadınlar Günü münasibətilə
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin təşkilatçılığı
ilə Heydər Əliyev Sarayında 8 Mart – Beynəlxalq
Qadınlar Günü münasibətilə tədbir
keçirilib.
Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan
qadınlarına ünvanladığı təbrik məktubu
oxunub. Məktubu Prezident Administrasiyası Humanitar siyasət,
diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Sonra çıxış edən Dövlət Komitəsinin
sədri Bahar Muradova qadınların
çalışdıqları sahələrdə uğur
qazanmaları üçün ölkəmizdə bütün
şəraitin yaradıldığını bildirib. Qeyd edib
ki, dövlətimiz tərəfindən qadınların əməyi
yüksək qiymətləndirilir, o cümlədən dövlət
idarəçiliyində gender amilinə diqqət son illərdə
daha da artırılıb. Qadınlar ölkəmizin
ictimai-siyası, sosial-iqtisadi, mədəni həyatında fəal
iştirak edirlər. Ötən 20 il ərzində Azərbaycan
qadınlarının üç qurultayı və bir forumu
keçirilib.
Dövlətimizin qadın siyasətindən bəhs edən
videoçarx nümayiş olunub.
Bayram tədbiri konsert proqramı ilə davam edib.
Mədəniyyət .-
2024.- 8 mart, №(19).- S.3.