Qusarda gənc qiraətçilərin
müsabiqəsi
Qusarda gənc qiraətçilərin “Canlı
klassika” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə
dördüncü regional mərhələsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən
(RİMM) bildirilib ki, layihənin təşkilatçısı
“Canlı klassika” Fondu (RF-nin dünyanın 80-dən çox
ölkəsində mədəniyyət və təhsil
proqramları həyata keçirən qurumu), ölkəmizdə
layihənin kuratoru Azərbaycanın Rus Gəncləri
Assosiasiyasıdır.
Qusar şəhərində regional mərhələ
Bakıdakı Rus Evinin və Azərbaycanın Rusdilli Tədris
Müəssisələrinin Müəllimləri
Assosiasiyasının dəstəyi ilə gerçəkləşib.
Gənc qiraətçilərin
çıxışlarını (rus dilində əsərlərin
oxusu) Rusdilli Tədris Müəssisələrinin Müəllimləri
Assosiasiyasının sədri Lyubov Yakunina, Gəncə və
Qərb bölgəsi üzrə Rus İcmasının sədri
Dmitri Kozin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanın
Rus Gəncləri Assosiasiyası idarə heyətinin
üzvü Lalə Həsənovanın daxil olduğu
münsiflər heyəti qiymətləndirib.
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.4.