Xocalıda arxeoloji tədqiqat
işlərinə də başlanılır
Xocalıda erməni işğalı zamanı bir qismi
vandalizmə məruz qalan abidələr eramızdan əvvəl
II minilliyin ikinci yarısı – I minilliyin əvvəllərində
bu ərazinin böyük yaşayış məskəni
olmasından xəbər verir. Əsasən “Böyük
kurqan” çölündə yerləşən Xocalı
nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan
“Haçatəpə kurqanı”nın diametri 300 metrdir.
Xocalının üç min ildən artıq bir
dövrü əhatə edən abidələr kompleksi təkcə
Azərbaycanın deyil, Qafqazın və Türk
dünyasının maddi-mədəni irsinin
araşdırılması baxımından da əhəmiyyətlidir.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları
ərazidə ilkin tədqiqat işlərinə
başlayıblar. Əraziyə baxış keçirilib,
arxeoloji abidələrin mövcud durumu öyrənilib.
Xocalıda aparılacaq tikinti-quruculuq işləri
zamanı ərazidə olan kurqan tipli qəbir abidələrin
tanıdılması və ictimailəşdirilməsi də nəzərdə
tutulub. Müasir şəhər kimi dirçələcək
Xocalıda unikal arxeoloji parkın təşkili turizmin
inkişafına xidmət edəcək. Qədim abidələri
ziyarət edən turistlər həm də yeni tarixin acı səhifəsi
olan Xocalı soyqırımı barədə məlumat
alacaqlar.
Açıq hava altında muzey kimi fəaliyyət
göstərəcək arxeoloji park Qarabağın tarixinin,
maddi-mədəni irsinin təbliği və
tanıdılması işinə töhfə olacaq.
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.4.