Musiqi məktəbləri
şagirdlərinin uğuru
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin tabeliyində fəaliyyət göstərən
Niyazi adına 22 nömrəli, Əhməd Bakıxanov
adına 6 nömrəli və Arif Məlikov adına 11
nömrəli musiqi məktəblərinin şagirdləri IV
beynəlxalq “Grand Victoria” vokal-instrumental müsabiqəsində
uğur qazanıblar.
Müsabiqə Qazaxıstan və İngiltərənin
təşkilatçılığı ilə 18-25 fevral
tarixlərində onlayn formatda keçirilib.
22 nömrəli Musiqi məktəbinin şagirdlərindən
Banu Qasımova 8-10 yaş kateqoriyası üzrə fortepiano
nominasiyasında I, Fərəh İsmayılova və Gülay
Abdullazadə II yerə layiq görülüblər. 11-13
yaş kateqoriyasında həmin məktəbdən Fatimə
Hüseynova I yeri, Aysel Piriyeva Qran-pri mükafatını
qazanıb. 6 nömrəli məktəbdən Sara Teyyublu 8-10
yaş kateqoriyası üzrə I yerə layiq
görülüb. 11 nömrəli musiqi məktəbinin
şagirdi Xədicə İsmayılzadə isə 14-16
yaş kateqoriyası üzrə fortepiano nominasiyasında
Qran-pri mükafatını alıb.
Qalib şagirdlərin müəllimləri də təşəkkürnamə
ilə təltif ediliblər.
Mədəniyyət .- 2024.- 1 mart(№17).- S.3.