Görkəmli
epiqrafçı alimin 100 illiyinə həsr olunan konfrans
Fevralın 28-də Milli Azərbaycan Tarixi Muzeyində
görkəmli epiqrafçı alim, AMEA-nın müxbir
üzvü, tarix elmləri doktoru, professor Məşədixanım
Nemətin (1924–2009) 100 illiyinə həsr olunmuş elmi-praktik
konfrans keçirilib.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı
açılış nitqində Məşədixanım Nemətin
Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən
danışıb. Bildirib ki, alimin Azərbaycan ərazisində
tədqiq etdiyi kitabələr haqqında əsərləri
böyük tarixi əhəmiyyətə malikdir. O, tarix
elminin ən çətin sahələrindən biri ilə məşğul
idi və bütün ömrünü bu işə həsr
etmişdi.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd
edib ki, Məşədixanım Nemət Azərbaycan elminin
görkəmli nümayəndələrindən biri olmaqla
yanaşı, sözün əsl mənasında, böyük
vətəndaş, ziyalı idi.
Tədbirdə çıxış edən AMEA
Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə
fəlsəfə doktoru Fərhad Quliyev, professorlar Şahin
Fazil, Qafar Cəbiyev, Tarix Dostiyev və başqaları alimin zəngin
elmi yaradıcılığından, qazandığı
nailiyyətlərdən bəhs ediblər.
Məşədixanım Nemətin tələbəsi
olmuş muzeyin əməkdaşı, epiqrafçı alim Həbibə
Əliyeva müəllimi ilə bağlı xatirələrini
bölüşüb.
Sonda Məşədixanım Nemətin qızı Vəfa
Quliyeva konfransın təşkilatçılarına və
iştirakçılara təşəkkürünü
bildirib.
Lalə
Mədəniyyət .- 2024.- 1 mart(№17).- S.2.