ADMİU-da
“Sazlı-sözlü kəlağayı günləri”
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində (ADMİU) “Mirvarid
Dilbazi Poeziya Məclisi” İctimai Birliyi ilə birgə
‘’Sazlı-sözlü kəlağayı günləri”
adlı ədəbi-bədii tədbir keçirilib.
ADMİU-nun kafedra müdiri dosent Sədaqət
Əliyeva, ictimai birliyin sədri Güllü Eldar Tomarlı
çıxış edərək tədbirin əhəmiyyətini
vurğulayıblar. Qeyd olunub ki, məqsəd milli-mənəvi
dəyərlərin gənc nəsil arasında təbliği,
adət-ənənələrin yaşadılmasıdır.
Vurğulanıb ki, 2024-cü il Azərbaycan kəlağayısının
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahısına salınmasının 10 illiyidir. Milli dəyərlərin
bir atributu kimi kəlağayı geniş təbliğ olunur.
Güllü Eldar Tomarlı onu da diqqətə
çatdırıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə
“Kəlağayı muzeyi” yaradılıb.
Tədbirdə şairlər Səadət Buta və
Əhməd Qəşəmoğlu, Prezident təqaüdçüsü,
əmək qəhrəmanı Tərlan Musayeva və
başqaları çıxış ediblər.
Ədəbi-bədii hissədə musiqi nömrələri
və şeirlər səsləndirilib.
İctimai birlikdən bildirilib ki,
“Sazlı-sözlü kəlağayı günləri” layihəsi
çərçivəsində tədbirlər davam edəcək.
Növbəti tədbir Mingəçevir Dövlət
Universitetində təşkil olunacaq.
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.2.