Aktyordan dərs kitabı
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti Səhnə
danışığı kafedrasının müdiri, Xalq
artisti, professor Məmmədsəfa Qasımovun “Teatr... Kino...
Aktyor” adlı dərs vəsaiti çap olunub.
İxtisas üzrə fənlərin təlim nəticələrinin,
aktyor və rejissor hazırlığının nəzəri
və praktiki cəhətlərinin mənimsənilməsi,
müvafiq bacarıqların qazanılması üçün
kitabda lazımi tədris-təlim materialları toplanıb.
Burada teatr sənətində nəzəriyyə və təlimlər,
Konstantin Stanislavski, Li Strasberq və Vaqif İbrahimoğlu kimi
nəzəriyyəçi və rejissorların metod və təcrübəsi
təqdim olunur.
Dərs vəsaitində “Aktyorlar zəmanəmizin
güzgüsüdürlər”, “Aktyor və obraz”, “Teatr sənətində
nəzəriyyələr və təlimlər”, “Stanislavski təlimi.
Metod, yoxsa sistem?”, “Psixoloji jestin strukturu”, “Aktyor sənəti və
dünya təcrübəsi. Stanislavski metodu və Li Strasberq məktəbinin
müqayisəli təhlili”, “Aktyorun öz üzərində və
rol üzərində işi problemi”, “Səhnə
danışığında durğu işarələrinin əhəmiyyəti”,
“Bədii yaradıcılıq psixologiyası aktyor sənətində”,
“Yaddaş və hissiyyat anlayışı”, “İncəsənətdə
katarsis anlayışı”, “Rejissor və aktyorun
yaradıcılıq əməkdaşlığı”, “Vaqif
İbrahimoğlunun rejissurasında aktyorla iş xüsusiyyətləri”
və s. başlıqlarda təqdim olunan materiallar tələbələr
üçün dəyərli mənbədir.
Kitabda müəllifin çəkildiyi filmlərin,
iştirak etdiyi tamaşaların siyahısı da xronoloji
qaydada oxucuların diqqətinə çatdırılır.
Nəşrin elmi redaktoru sənətşünaslıq
elmləri doktoru, professor İsrafil İsrafilov, rəyçiləri
Əməkdar incəsənət xadimi, professor Əli
Əmirli, sənətşünaslıq üzrə fəlsəfə
doktorları Vidadi Qafarov və Elçin Cəfərovdur. Dərs
vəsaiti ADMİU Elmi şurasının müvafiq qərarına
əsasən çap edilib.
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.5.