“Qarabağ mədəniyyəti”
– ədəbi-bədii tədbir
Gənclər Fondunun dəstəyi, “Gənclərin
Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı
və Azərbaycan Televiziyasının tərəfdaşlığı
ilə fevralın 28-də Dövlət Təhlükəsizliyi
Xidmətinin Mədəniyyət Mərkəzində
“Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii
tədbir keçirilib.
Tədbirin əvvəlində Milli Konservatoriyanın
xor ansamblı Dövlət Himnimizi ifa edib.
Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov,
“Gənclərin Maarifləndirilməsinə Dəstək”
İB-nin sədri Aynurə Salmanlı çıxış
ediblər. Qədir Xəlilov həyata keçirdikləri
layihələrdə Qarabağın zəngin maddi-mənəvi
irsi, ədəbiyyat, incəsənət və musiqi mədəniyyətini
də diqqətdə saxladıqlarını bildirib.
Kulturoloq, professor Fuad Məmmədov və Minəxanım
Əsədova tədbir iştirakçılarına
Qarabağ mədəniyyəti haqqında
danışıblar.
Bədii hissədə Bakı Bələdiyyə
Teatrının Xurşidbanu Natəvana həsr olunmuş
kompozisiyası nümayiş olunub. Sənətçilərin
ifasında musiqi nömrələri səslənib.
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.3.