Parisdə Xocalıya
həsr edilmiş anım tədbiri
“İşgəncələr məbədi –
Şuşa həbsxanası” filmi nümayiş olunub
Parisdəki səfirliyimizin nəzdindəki Mədəniyyət
Mərkəzində Fransa-Azərbaycan Dialoqu
Assosiasiyasının təşkilatçılığı
ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə
həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə
fransız elm adamları, jurnalistlər, vəkillər, yerli
ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səfir Leyla Abdullayeva iştirakçılara
Xocalı soyqırımı ilə bağlı məlumat
verib. Diplomat Xocalı soyqırımı qurbanlarının
xatirəsinə həsr edilmiş tədbirə
qatıldıqlarına görə Fransa ictimaiyyətinin
nümayəndələrinə təşəkkürünü
bildirib. Vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun
Azərbaycan ərazi bütövlüyünü bərpa etməsindən,
ölkəmizin bütün ərazisində suverenliyinin bərqərar
olmasından sonra bu il ilk dəfə soyqırımı
qurbanlarının xatirəsi Xocalıda da anılıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilmiş beynəlxalq maarifləndirmə
kampaniyası çərçivəsində bir sıra
ölkələr Xocalı faciəsini soyqırımı kimi
tanıyıb: “Azərbaycan ədalət
çağırışları edir, bu
çağırışlar unudulmamalıdır. Bu
çağırışlar məhz gələcəkdə
belə faciələrin qarşısını almaq və
insanlıq əleyhinə belə cinayətlərin təkrarlanmaması
üçün Xocalı soyqırımı yaddaşlarda həkk
olunmalıdır”.
Münaqişənin başa
çatdığını, Azərbaycanın azad olunmuş ərazilərində
quruculuq işlərinin aparıldığını,
keçmiş məcburi köçkünlərin doğma
torpaqlara qayıdışının
başlandığını xatırladan diplomat deyib ki, Azərbaycanın
məqsədi regionda davamlı sülhə nail olmaq və onu
qoruyub saxlamaqdır.
Dövlət Təhlükəsizliyi Xidməti Mətbuat
xidmətinin rəisi Tamerlan Rəhimov Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının fəaliyyəti
haqqında məlumat verib. Bildirib ki, Xocalı
soyqırımı da daxil olmaqla, Qarabağ münaqişəsi
dövründə 4 minədək insan itkin düşüb və
onların taleyindən hələ də xəbər yoxdur. Ermənistan
bu insanlar haqqında məlumat vermir. O, əsir və itkin
düşmüş, girov götürülmüş
insanların axtarışlarına dair aparılan işlərdən,
ötən müddətdə aşkarlanan kütləvi məzarlıqlardan
da bəhs edib.
Fransalı jurnalist Jan-Mişel Brən Şuşaya səfəri
zamanı işğal dövründə ermənilərin
törətdikləri dəhşətli mənzərənin
şahidi olmasından, Şuşa haqqında
yazdığı kitabdan söz açıb.
Sonra tədbir iştirakçıları Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin və Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının yardımı
ilə hazırlanmış “İşgəncələr məbədi
– Şuşa həbsxanası” adlı sənədli film
nümayiş olunub. Film Birinci Qarabağ müharibəsi
zamanı Ermənistan silahlı birləşmələri tərəfindən
əsir götürülərək Şuşa həbsxanasında
saxlanılmış 3 azərbaycanlı əsirin məruz
qaldıqları dəhşətlərdən bəhs edir. Ermənilərin
işgəncələrindən qurtulmuş şahidlər
filmdə acı xatirələrini bölüşüblər.
Mədəniyyət .- 2024.- 1 mart(№17).- S.3.