Mədəniyyətimizin
böyük hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçmələrin dərcini davam etdiririk.
(əvvəli ötən sayımızda)
2003-cü il 14 yanvar
Prezident Heydər Əliyev Azərbaycan və Türkiyə
arasında diplomatik əlaqələrin 10 illiyi münasibətilə
Dövlət Akademik Opera və Balet Teatrında keçirilən
Türkiyənin Qara Dəniz Filarmonik Orkestrinin konsertinə
baxıb.
2003-cü il 23 yanvarUNESCO nümayəndə heyətini
(baş direktorun müavini Munir Buşеnаki və baş
direktorun müşaviri Xоrst Rоdikе) qəbul edib.
“...İndiyə qədər Azərbaycan UNЕSCО ilə
uğurlu əməkdaşlıq edibdir. Məmnunam ki, bizim bəzi
tarixi-mədəniyyət аbidələrimizlə tanış
оlmаq istəyirsiniz.
İçərişəhəri Dünyа İrs
Siyаhısınа dахil еtdiyinizə görə UNЕSCО-yа təşəkkürümü
bildirirəm. Düşünürəm ki, bu çохdаn
оlmаlı idi. Çünki bu tarixi abidələr bütün
dünyaya çохdаn məlumdur. Güman edirəm ki, bu iş
sadəcə, siyahıya sаlınmаqlа bitməyəcəkdir. Yəqin
ki, bu barədə geniş təbliğat işləri
аpаrılаcаq və bizim bu tarixi abidələrimiz dünyada
daha geniş təbliğ оlunаcаqdır. Bu isə bizim üzərimizə
daha da çox həm vəzifə, həm də məsuliyyət
qoyur.
Еtirаf etməliyəm ki, biz özümüz də
yахın keçmişdə Аzərbаycаn хаlqının bu qədər
zəngin, qiymətli, milli mədəniyyətini
nümayiş etdirən abidələrə fikir verməmişik.
Sоvеt dövründə bir çox belə abidələr
dağılmışdı. Аncаq ХХ əsrin ikinci
yаrısındаn sоnrа хаlqımız bu işlərlə ciddi məşğul
оlmаğа başladı. Bu abidələr haqqında məlumatlar
bir günün içərisində, yахud son оn ildə mеydаnа
çıхmаyıbdır. Bizim fədakar alimlərimiz, tədqiqatçılarımız
bu işlə daim məşğul оlublаr. Bахmаyаrаq ki, vахtilə
hökumətin bu məsələlərə münasibəti
о qədər də müsbət deyildi.
İndi isə müstəqil dövlət оlаrаq Аzərbаycаn,
təbii ki, həm bu sərvətlərlə fəxr edir, həm
də оnlаrın qorunub sахlаnılmаsını və dünyada
təbliğ оlunmаsını özünün əsas vəzifələrindən
biri hesab еdir...”.
2003-cü il 25 yanvar
Yazıçılar Birliyinin “Azərbaycan”
jurnalını 80 illiyi münasibətilə təbrik edib. “Azərbaycan”
jurnalı ölkəmizdə ədəbiyyatın və ədəbi-bədii
fikrin inkişafında mühüm rol oynamışdır.
Müasir və klassik Azərbaycan ədəbiyyatına əsas
yer verən jurnal, eyni zamanda, Azərbaycan oxucusunu dünya ədəbiyyatının
qiymətli nümunələri ilə müntəzəm olaraq
tanış etmişdir. Bütün bunlar “Azərbaycan”
jurnalını yarandığı gündən ədəbiyyatımızın
güzgüsünə çevirmişdir”, – deyə təbrikdə
bildirilirdi.
***
Əməkdar incəsənət xadimi, bəstəkar
Musa Mirzəyevi 70 illik yubileyi münasibətilə təbrik
edib.
2003-cü il 4 fevral
MDB-nin üzvü olan ölkələrin Mədəni
Əməkdaşlıq Şurasının 18-ci
iclasının iştirakçılarını qəbul edib.
2003-cü il 6 fevral
TÜRKSOY ölkələri mədəniyyət nazirləri
Daimi Şurasının 19-cu toplantısının
iştirakçılarını qəbul edib.
“...Türkdilli dövlətlərin birliyi əmələ
gələndən sonra bizim təşkilatlar içərisində
ən irəli getmiş qurumlardan biri TÜRKSOY-dur. Biz
türkdilli dövlət başçılarının
toplantılarında, birinci növbədə, mədəni əlaqələri
inkişaf etdirmək məsələsini qoyuruq. Təbiidir,
iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi
məsələləri də vardır. Ancaq bunların
hamısının kökündə mədəniyyət, dil,
bizim adət-ənənələrimiz durur.
Bizi bir-birimizə bağlayan nədir? Dilimizin
kökü. Düzdür, bəziləri bir-birini başa
düşmür. Amma biz dilimizə görə eyni kökdən
gəlmiş xalqlarıq.
İkincisi, bizim müştərək mədəniyyətimiz,
ənənələrimiz, müştərək mənəvi
dəyərlərimizdir. Bunlar əsrlər boyu türkdilli
xalqları bir-birilə bağlayıb, birləşdirib,
yaxınlaşdırıbdır. Sonra rus imperatorluğu, ondan
sonra isə sovet imperatorluğu dövründə biz
bunları itirmədik, ancaq bir-birimizdən bir qədər
aralandıq. Doğrudur, tamam aralanmadıq, məsələn,
Türkmənistan nümayəndələri ilə hər il
görüşürdük. Türkmənistan
pambıqçıları Azərbaycana gəlirdilər, bizim
pambıqçılar Türkmənistana gedirdilər. Yəni
bunlar var idi. Amma oturub danışmırdıq ki, axı, bizim
dilimizin bir kökü vardır. Bizim yaxın adət-ənənələrimiz
vardır. Çünki onda sovet ideologiyası, bir də ümumi
sovet xalqı vardı. Get-gedə millətlər əriyib
gedirdi, olacaqdı ümumi sovet xalqı...
Amma imperatorluq dağıldı, biz müstəqil
olduq. Onda anladıq ki, bizim hələ ulu babalarımız
vaxtilə həmişə bir yerdə olublar, bir kökdən
gəliblər, bir yerdə vuruşublar. Bunların eyni adət-ənənələri,
mahnıları, rəqsləri var. Ona görə də
Türkiyə Cümhuriyyətinin təşəbbüsü
ilə, xüsusən mərhum Turqut Özalın təşəbbüsü
ilə türkdilli dövlətlərin birliyi yarandı. Son
dövrdə hər il dövlət
başçılarının görüşünü
keçiririk. Çalışırıq,
iqtisadiyyatımızı irəli aparırıq. Amma mədəniyyət
sahəsində sizin işləriniz bizimkindən də
yaxşı gedir. Ona görə də mən sizi təbrik
edirəm. Çox məmnunam ki, buraya
toplaşmısınız. Türkiyə, Qazaxıstan,
Türkmənistan, Qırğızıstan, Qaqauziya,
Tatarıstan, Başqırdıstan nümayəndələri
buradadırlar.
Mən Moskvada Siyasi Büroda çalışanda, –
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idim, –
tıvalılar mənim yanıma çox gələrdilər.
Mən Altayda oldum. O vaxt Dağlıq Altay Muxtar Vilayəti
adlanırdı. Oradan məni Rusiya Federasiyası Ali Sovetinin
deputatı seçmişdilər. Altay bizim
babalarımızın qədim məskənidir. Mən o vaxt
orada olarkən onlara deyirdim ki, siz türksünüz, onlar
deyirdilər ki, biz dağlıq altaylılarıq. Amma
onların mənə olan münasibətini
görürdüm. Onlar isə mənimlə “qohum”
olduqlarını boyunlarına almırdılar. Amma indi qohum
olmuşuq. İndi görün nə qədər türkdilli
diyar var. Xakasiya, Tıva, Altay, Saxa...”.
***
Dünyaşöhrətli Azərbaycan bəstəkarı
Qara Qarayevin xatirə gecəsində iştirak edib.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2024.- 1 mart(№17).- S.5.