Sabirabadda hekayə
müsabiqəsi keçirilib
Sabirabad kitab klubu tərəfindən elan olunan I
Sabirabad hekayə müsabiqəsi başa çatıb.
Yazıçı, şair Nisə Bəyimin (1955–2020)
xatirəsinə həsr olunmuş müsabiqənin yekun tədbiri
“Hophopnamə” kitab mərkəzində təşkil olunub.
Tədbirdə Mil-Muğan RMİ-nin rəisi Faiq
Xudanlı, mədəniyyət işçiləri, Sabirabad
rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər
və məktəblilər iştirak ediblər.
Çıxış edənlər Nisə Bəyim
yaradıcılığının müxtəlif yönlərindən
bəhs edib, onun özünəməxsus poeziya aləmindən
söhbət açaraq qələm sahibi ilə bağlı
xatirələrini bölüşüblər. Eyni zamanda
regionda yaradıcı düşüncəyə malik yeniyetmə
və gənclərin potensiallarının inkişaf etdirilməsində
belə müsabiqələrin əhəmiyyəti
vurğulanıb.
Daha sonra hekayə müsabiqəsinin qalibləri elan
olunub. Qaliblərə sertifikat və hədiyyələr təqdim
edilib.
Mədəniyyət .- 2024.- 13 mart(№20).- S.4.