Neftçalada
yazıçı ilə görüş
Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə İsveçdə yaşayan həmyerlimiz,
yazıçı Eluca Atalının Neftçala şəhər
Samid İmanov adına 1 saylı tam orta məktəbdə
şagirdlərlə görüşü keçirilib.
Görüşdə şagirdlərlə
yanaşı, mədəniyyət və təhsil
işçiləri, ədəbiyyatsevərlər iştirak
ediblər.
Əvvəlcə Aprel döyüşlərinin şəhid
mayoru, Milli Qəhrəman Samid İmanovun abidəsi
önünə gül dəstələri düzülüb.
Neftçala rayon Heydər Əliyev Mərkəzinin
direktoru Könül Məmmədova Eluca Atalının
yaradıcılığı haqqında ətraflı məlumat
verib.
Daha sonra yazıçı uşaqlar üçün
qələmə aldığı “Uzaq səfərin qəribə
sonluğu”, “Odunçunun nağılı”, “Ənqa quşu”
və digər kitabları haqqında danışıb.
Bildirib ki, belə görüşləri keçirməkdə
məqsəd şagirdlərdə oxu mədəniyyətini
formalaşdırmaq və onların kitaba olan
marağını artırmaqdır.
Görüşün sonunda yazıçı
şagirdlərin suallarını cavablandırıb,
kitablarını onlar üçün imzalayıb.
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.4.