“Şərəfli yolun yolçusu”
– şəhid qəhrəmanın xatirəsi anılıb
Füzuli Tarix-Diyarşünaslıq Muzeyində Vətən
müharibəsinin şəhid kiçik çavuşu
Elgün Paşayevin xatirəsinə həsr olunmuş “Şərəfli
yolun yolçusu” adlı tədbir keçirilib.
Muzeyin direktor vəzifəsini icra edən Xalisə Məmmədova
qonaqları salamlayıb. Elgün Paşayevin həyat və
döyüş yolundan bəhs edən videoçarx
nümayiş olunub.
Çıxış edənlər ərazi
bütövlüyümüz uğrunda canlarından keçən
şəhidlərimizin xatirələrinin hər zaman əziz
tutulduğunu bildirib, belə tədbirlərin əhəmiyyətindən
bəhs ediblər.
Sonda şəhidin övladları Paşa və Mələyə
muzeyin əməkdaşları tərəfindən hazırlanmış
hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Elgün Paşayev 1994-cü il
martın 4-də Sabirabad rayonunun Qalaqayın kəndində
anadan olub. Vətən müharibəsinin ilk günündə
Füzuli uğrunda döyüşlərdə şəhidlik
zirvəsinə ucalıb. Ölkə
başçısının müvafiq sərəncamları ilə
ölümündən sonra “Vətən uğrunda”, “Cəsur
döyüşçü”, Füzuli və Xocavəndin azad
olunmasına görə medalları ilə təltif edilib.
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.4.