Akademik Musiqili Teatrda uşaqlar
üçün tamaşa
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında
uşaqlar üçün “İki küpəgirən
qarı” tamaşasının (müəlliflər
Ə.Əlizadə, R.Sef, Т.Каrelina) premyerası keçirilib.
10 Mart – Milli Teatr Günündə təqdim olunan
tamaşada nağıl qəhrəmanları rəngarəng
işıq effektləri və şən musiqi sədaları
altında balaca teatrsevərlərə unudulmaz anlar
yaşadıb.
Azərbaycan və rus dillərində hazırlanan
musiqili nağıl-tamaşasının quruluşçu
rejissoru Əhəd Hacıyevdir. Rolları Əməkdar artist
Səidə Şərifəliyeva, aktyorlar Rauf Babayev, Nicat
Əli, Yuliya Heydərova, Valeriya İskəndərova, Olqa
Georgiyeva, Adelin Öztürk, Leonid Klets, Ayan Qurbanova, Murad
Əliyev və balet artistləri ifa ediblər.
Dostluq, sevgi, cəsarət kimi mənəvi keyfiyyətlərin
vacibliyinin ön plana çəkildiyi, gözlənilməz
hadisələrin cərəyan etdiyi tamaşada mənfi
xarakterli nağıl personajları tamamilə fərqli təqdimatda
nümayiş olunub. Səhnə əsərinin
quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayev, dirijoru Səməd
Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd
Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov,
geyim üzrə rəssamı Nübar Hüseynova,
konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla
Aslanovadır.
Mədəniyyət .- 2024.- 13 mart(№20).- S.5.