Üzeyir bəyin evində “Novruz
görüşü”
Martın 11-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə “Novruz görüşü” adlı layihəyə
başlanılıb. Layihənin məqsədi musiqi və incəsənət
təhsili sahələrinə dair mövzuların gündəmə
gətirilməsi və populyar dildə təqdim
olunmasıdır.
Layihənin ilk tədbiri martın 11-də Üzeyir
Hacıbəylinin Ev-Muzeyində keçirilib. Tədbirdə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti rektorunun professional inkişaf üzrə
müşaviri, “Cadenza” orkestrinin bədii rəhbəri, bəstəkar
Türkər Qasımzadə tərəfindən ustad dərsi
təşkil edilib.
Musiqi və incəsənət sahələri üzrə
tələbələrin qatıldığı dərsdə
qeyd olunan sahələrdə tədrisin müasir vəziyyəti
və yeni çağırışlar mövzusunda diqqət
mərkəzinə çəkilib, müzakirə
aparılıb.
Qeyd edək ki, layihə çərçivəsində
tanınmış və sahəsi üzrə peşəkar
şəxslər tərəfindən növbəti
görüşlər martın 15-dək davam edəcək.
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.3.