Xalq artisti yubileyini
“Gerçəkləşməyən arzular”la qeyd edib
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Xalq artisti Naibə
Allahverdiyevanın 60 illik yubileyi münasibətilə
“Gerçəkləşməyən arzular” adlı benefis
nümayiş olunub.
Teatrdan bildirilib ki, benefisdə Vilyam Şekspirin “Romeo və
Cülyetta”, “Hamlet”, “Antoni və Kleopatra”, Cəfər
Cabbarlının “Sevil”, Nəcəf bəy Vəzirovun
“Yağışdan çıxdıq, yağmura
düşdük” pyeslərindən istifadə edilib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə
Elbir, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor
assistentləri Fuad Cavadzadə, Günay Qasımovadır.
Səhnəni yubilyarla birlikdə Əməkdar artistlər
Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil
Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev,
Könül Əbilova, Mirsənan Kazımlı, İlhan
Sadıqov, Araz Pirimov da bölüşüblər.
“Mirvari” rəqs ansamblının üzvləri də
Naibə Allahverdiyevanın benefisində iştirak ediblər. Rəqslərin
quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə
məxsusdur.
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.5.